Icma.az
close
up
RU
Netanyahu: “Ağıllarını başlarına toplamalıdırlar”

Netanyahu: “Ağıllarını başlarına toplamalıdırlar”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsraildə keçirilən parlament seçkilərində müxalifət bloku öndə olsa da, hökumət qurmaq üçün yetərli səs toplaya bilməyib.

“Yeni Sabah” xəbər verir ki, Baş nazir Binyamin Netanyahu isə sağçı qüvvələrin çoxluğa sahib olduğunu iddia edərək onları birliyə çağırıb.

İsrailin dövlət televiziyası KAN-ın açıqladığı ilkin nəticələrə əsasən, keçmiş Baş Qərargah rəisi Qadi Eysenkotun rəhbərlik etdiyi müxalifət bloku 52 mandat qazanıb. Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı hakimiyyət bloku isə 50 mandat əldə edib. Sezar pizza

Bununla belə, 120 yerlik İsrail parlamentində hökumət qurmaq üçün ən azı 61 mandat lazımdır. Müxalifət bloku seçkilərdə öndə olsa da, bu həddə çata bilməyib.

İlkin nəticələr açıqlandıqdan sonra Likud Partiyasının Qərbi Qüdsdəki seçki qərargahında tərəfdarları qarşısında çıxış edən Netanyahu rəsmi nəticələri gözlədiklərini bildirib. O, partiyasının seçkilərdə birinci yeri tutduğunu iddia edib.

“Likud İsrailin ən böyük partiyasıdır”, – deyə Netanyahu vurğulayıb.

O, seçkilərin nəticələrinə baxmayaraq, sağçı blokun açıq və qəti çoxluğa sahib olduğunu irəli sürüb. Netanyahu ərəb partiyalarının daxil olacağı mümkün hökumət variantını da rədd edib. O bildirib ki, İsrailin təhlükəsizliyini təhdid etdiyini düşündüyü və sionizmə qarşı çıxdığını iddia etdiyi ərəb partiyalarının dəstəyi ilə hökumət qurmaq mümkün deyil.

Baş nazir Fələstin ərəblərini təmsil edən partiyaların İsrail üçün təhlükə yaratdığını iddia edərək, sionist qüvvələri birləşməyə çağırıb.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri