Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Netanyahu arvadı ilə birgə Əl Əqsa məscidinin altındakı tunellərdə nə axtarır?..+VİDEO

Netanyahu arvadı ilə birgə Əl Əqsa məscidinin altındakı tunellərdə nə axtarır?..+VİDEO

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 "Yerin altındakı bu gəzintilər yerin üstündə yeni bir dini müharibənin qığılcımına çevrilə bilər..."

"Tunellərdən gələn bu son görüntülər, yaxın gələcəkdə regionda sülhün tapılmasının nə dərəcədə çətin olacağının növbəti sübutudur..."

İsrail-Fələstin münaqişəsinin ən həssas və partlayışa meyilli nöqtəsi olan Qüds yenidən beynəlxalq gündəmin mərkəzindədir. Buna səbəb İsrailin Baş naziri Benyamin Netanyahunun bu günlərdə- yəhudilərin müqəddəs "Yom Kippur" bayramı ərəfəsində işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhər hissəsinə və Əl-Əqsa məscidi kompleksinin (Hərami-Şərif) altındakı tunellərə etdiyi növbəti səs-küylü ziyarətdir.

Moderator.az "Əl-Cəzirə" və digər mənbələrə istinadla xəbər verir ki, baş nazirin rəsmi hesablarında yayımlanan video-görüntülər və bəyanatlar bölgədəki onsuz da gərgin olan vəziyyəti daha da alovlandırıb.

Bəs illərdir davam edən və hər dəfə qan tökülməsinə səbəb olan bu tunel gəzintilərinin pərdəarxasında nə dayanır? Netanyahu bu qaranlıq keçidlərdə nə axtarır?..

"Müqəddəslərin Müqəddəsi" və siyasi ismarıclar...

Həyat yoldaşı Sara Netanyahu ilə birlikdə tunelləri gəzən İsrail Baş naziri Qərb divarında (Ağlama və ya Buraq divarı) "Selichot" (bağışlanma) dualarına qoşulmazdan əvvəl tarixi daşlara toxunaraq xüsusi bəyanatla çıxış edib. O, bu ərazini yəhudi xalqının varlıq qayası və yəhudi inancındakı "Müqəddəslərin Müqəddəsi" (Holy of Holies) məkanı adlandırıb:

“Biz buradan heç vaxt ayrılmayacağıq və həmişə burada qalacağıq!..”

Netanyahunun bu sözləri sadəcə dini ritualın tərkib hissəsi deyil. Bu, ilk növbədə, Qüdsün beynəlxalq hüquq tərəfindən tanınmayan ilhaqını və status-kvonun İsrailin xeyrinə dəyişdirilməsini hədəfləyən birbaşa siyasi mesajdır...

30 İllik "Tunel siyasəti"nin xronologiyası...

Bu hadisə Netanyahunun Əl-Əqsa ətrafındakı tunellərlə bağlı ilk təxribatı deyil. Əslində, onun siyasi karyerası və Qüdsün altındakı arxeoloji qazıntılar arasında qırılmaz bir bağ var:

1996-cı il Tunel böhranı:

Netanyahu 1996-cı ildə ilk dəfə baş nazir seçildikdən cəmi 3 ay sonra müsəlman məhəlləsinə çıxan Şimal tunel qapısının açılması barədə qərar verdi. Bu addım fələstinlilərin kəskin etirazına səbəb oldu. Tarixə "Tunel iğtişaşları" kimi düşən toqquşmalarda 70-dən çox fələstinli və 16 İsrail əsgəri həyatını itirdi...

2023-cü il – Tuneldə Nazirlər Kabinetinin İclası:

2023-cü ilin mayında Netanyahu Qüdsün işğalının ildönümü bəhanəsi ilə İsrail hökumətinin rəsmi kabinet iclasını ilk dəfə olaraq yerin altında, məhz bu tunellərdə keçirdi. Bu, İslam dünyasına qarşı yönəlmiş açıq bir meydanoxuma idi...

Mütəmadi qazıntılar və diplomatik ziyarətlər:

İsrail rəhbərliyi həm də xarici rəsmiləri (məsələn, ABŞ rəsmilərini) bu tunellərə gətirərək Şərqi Qüds üzərindəki suverenlik iddialarına beynəlxalq legitimlik qazandırmağa çalışır...

Daxili siyasət və sağçı seçici amili...

Ekspertlərin fikrincə, Netanyahunun tunellərdə axtardığı ən mühüm şeylərdən biri özünün siyasi gələcəyidir. İsraildə daxili siyasi böhranların gücləndiyi, baş nazirin korrupsiya məhkəmələri və müharibə strategiyasına görə tənqid olunduğu bir dövrdə, o, ölkədəki ifrat sağçı, dini-sionist və millətçi seçicilərin dəstəyinə möhtacdır. Əl-Əqsa məscidinin altındakı tunellərdən yayımlanan video çarxlar sağ qanad mütəşəkkilliyini qorumaq və diqqəti daxili problemlərdən yayındırmaq üçün ən effektiv rəmzi platformadır...

Müsəlman dünyasının kəskin reaksiyası:

 "Açıq hücum və təxribat"...

Netanyahunun bu gəzintisi fələstinlilər və İslam dünyası tərəfindən böyük qəzəblə qarşılanıb. Fələstinin HƏMAS hərəkatı rəsmi bəyanat yayaraq bu addımı Əl-Əqsa məscidinin İslam kimliyinə və tarixi statusuna qarşı "açıq bir hücum və təxribat" adlandırıb. Bəyanatda vurğulanıb ki, Əl-Əqsa məscidi həyətləri, divarları, qapıları və altındakı torpaq qatı ilə birlikdə tamamilə və müstəsna olaraq müsəlmanlara aid olan müqəddəs bir məkandır və İsrailin burada heç bir tarixi və ya dini haqqı yoxdur...

Eyni zamanda, müxtəlif ərəb qurumları və beynəlxalq İslam təşkilatları xəbərdarlıq edirlər ki, İsrail dövləti arxeoloji qazıntı adı altında Əl-Əqsa məscidinin bünövrəsini zəiflədir və gələcəkdə məbədin çökməsinə şərait yaradır. Yerin altındakı bu gəzintilər yerin üstündə yeni bir dini müharibənin qığılcımına çevrilə bilər...

Nəticə:

Benyamin Netanyahu Əl-Əqsa məscidinin altındakı tunellərdə qədim tarixi əsərlərdən daha çox, özünün siyasi suverenliyini, sağçı koalisiyasının sadiqliyini və Qüdsün tamamilə yəhudiləşdirilməsi strategiyasının icrasını axtarır. Lakin tarix göstərir ki, Qüdsün müqəddəs divarları altında atılan hər bir birtərəfli addım həm bölgəni, həm də qlobal müstəvini yeni gərginlik dalğasına sürükləməkdədir. Yerin altındakı tunellərdən gələn bu son görüntülər, yaxın gələcəkdə regionda sülhün tapılmasının nə dərəcədə çətin olacağının növbəti sübutudur...

S.Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Sentyabr 2026 07:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri