Icma.az
close
up
RU
Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin baş naziri Benyamin Netanyahu Avstraliya lideri Entoni Albaneseni sərt şəkildə tənqid edib.

Bizimyol.info xəbər verir ki, buna səbəb Avstraliya hökumətinin “Fələstin dövləti”nin tanınmasından tutmuş israilli deputat Simcha Rothmanın vizasının ləğvinə qədər bir neçə addım atması olub.

Netanyahu sosial mediada: "Tarix albanı kim olduğu üçün xatırlayacaq: İsrailə xəyanət edən və Avstraliya yəhudilərini tərk edən zəif siyasətçi", - deyə yazıb.

Xatırladaq ki, dünən Avstraliyanın daxili işlər naziri Tony Burke Rothmanın cəmi iki həftə əvvəl verilmiş vizasını ləğv etmişdi. Burke, qərarın Rothmanın "nifrət və nifaq səpmək" adlandırdığı açıqlamaları ilə əlaqədar verildiyini bildirib. Nəticədə israilli deputata 3 il müddətinə Avstraliyaya giriş qadağan edilib.

Keçən həftə Albanese həmçinin sentyabrda BMT Baş Assambleyasında Avstraliyanın "Fələstin dövləti"ni tanıyacağını açıqlamışdı. O, həmçinin İsraili beynəlxalq hüququ pozmaqda günahlandırıb və Qəzzada humanitar vəziyyəti “dünyanın ən pis gözləntilərindən kənar” adlandırıb.

“Fələstin”in tanınmasının elanı ölkə tarixində fələstinlilərə dəstək üçün keçirilən ən böyük nümayişlərlə eyni vaxta düşüb. Polisin məlumatına görə, Sidney Liman Körpüsü üzərindən keçən yürüşdə 90 minə yaxın insan iştirak edib, təşkilatçılar isə onların sayının 300 minə çatdığını iddia edirlər. Etirazçılar Fələstin bayraqlarını dalğalandırıb, şüarlar səsləndirib, hətta İranın ali lideri Əli Xamneyinin şəklini də daşıyıblar.

Bu arada Avstraliyada antisemitizmdə rekord artım müşahidə olunur. Antisemitizmlə Mübarizə Kampaniyasının (CAM) araşdırmasına görə, avstraliyalıların yalnız 24 faizi yəhudilərə müsbət, 28 faizi isə mənfi fikirdədir. Sorğu həmçinin müəyyən edib ki, 18-34 yaş arasında olan hər beş avstraliyalıdan biri antisemitizmin şahidi olub və ya eşitib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Avqust 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri