Icma.az
close
up
RU
Netanyahu əmr verdi, Tramp özündən çıxdı: Dünyanı dəhşətə gətirən qərar

Netanyahu əmr verdi, Tramp özündən çıxdı: Dünyanı dəhşətə gətirən qərar

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın İsrailin Qətərin paytaxtı Dohaya hücumuna görə qəzəbləndiyi bildirilir. Məlumata görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayıb və onunla sərt tonda danışaraq, bir daha belə addım atmaması üçün xəbərdarlıq edib.

Maraqlıdır ki, Trampın ərəb ölkələri ilə münasibətlərə xüsusi önəm verməsinə baxmayaraq, hücumun guya onunla razılaşdırıldığına dair iddialar da yayılmışdı. Lakin daha sonra ABŞ administrasiyası bu məlumatları təkzib etdi.

Bəs bu insident ABŞ-İsrail münasibətlərinə necə təsir göstərəcək? Netanyahu təkrar Dohaya hücum əmri verə bilərmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, İsrailin Dohaya hücum etməsi dünya gündəmini silkələyən və gözlənilməz bir addım oldu:

“HƏMAS-ın yerləşdiyi bütün ərazilər İsrailin hədəfindədir. Lakin söhbət Qətərdən gedirsə, bu ölkənin ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olduğunu nəzərə almaq lazımdır. ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası da məhz burada yerləşir.

Qətərin təhlükəsizliyi Birinci Dünya müharibəsinin ardınca, ilk olaraq Böyük Britaniya, sonradan isə ABŞ tərəfindən təmin edilib. Hava hücumundan müdafiə sistemləri də ABŞ tərəfindən qurulub. Qətər, həmçinin İsrail-HƏMAS danışıqlarında əsas vasitəçi ölkədir.

ABŞ Prezidenti Donald Trampın seçkilərdən sonra ilk səfərini Yaxın Şərqə etməsi, Qətərlə imzalanan 1,2 trilyon dollarlıq ticarət müqaviləsi, tərəflər arasında yüksək səviyyəli strateji əlaqələrin göstəricisidir”.

Politoloq əlavə edib ki, İranın 12 günlük müharibədə Qətərə hücumu zamanı Vaşinqtonun verdiyi sərt reaksiya da bu ölkənin onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərmişdi:

“Digər tərəfdən, İsrailin Yaxın Şərqdə və ümumilikdə dünyada ABŞ üçün strateji əhəmiyyəti böyükdür. Belə olan halda, Vaşinqton bu iki müttəfiqi arasında balans yaratmağa çalışır.

Lakin Dohaya hücum xüsusi diqqət tələb edir. İsrail bu hücumu HƏMAS-la danışıqların yekun mərhələsində həyata keçirdi. Bu isə Təl-Əvivin əslində danışıqlarda maraqlı olmadığını və belə bir davranışın Trampı ciddi şəkildə narahat etdiyini göstərir.

Eyni zamanda artıq HƏMAS-ın əlində saxladığı əsirlərin taleyinin İsrailin ümumi maraqları kontekstində prioritet olmadığı fikri formalaşır. Bu da cəmiyyətdə böyük narazılıq yarada bilər”.


Xəyal Bəşirov

Xəyal Bəşirov hesab edir ki, ABŞ prosesdə passiv görünərsə, beynəlxalq aləmdə İsraillə birlikdə ittiham edilə bilər:

“ABŞ, istər-istəməz İsrailin hərbi əməliyyatlarının siyasi məsuliyyətini də paylaşır. Əgər Vaşinqton bu kimi addımlara sərt reaksiya verməzsə, gələcəkdə ittihamların hədəfinə çevrilə bilər.

Danışıqlarda iştirak edən əsas şəxslərin hücum zamanı orada olmaması ehtimalı yayılsa da, bu, ərəb ölkələrində də ciddi narahatlıq yaradacaq.

Bəzi mənbələr Qətərin bu hücumdan əvvəl məlumatlı olduğunu iddia edir, lakin rəsmiləri məlumatın doğru olmadığını deyirlər. Bu isə regionda gərginliyi daha da artırır”.

Politoloqun sözlərinə görə, Vaşinqtonun ərəb ölkələri ilə əməkdaşlığı zədələnə bilər:

“Ərəb ölkələri əsasən Qərbdən, xüsusilə ABŞ-dan silah alırlar. Lakin Dohaya edilən bu hücum onların müdafiə sistemlərinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Əgər ABŞ bu ölkələrin təhlükəsizlik zəmanətini tam təmin edə bilməzsə, müttəfiqlik münasibətləri zəifləyər.

Təl-Əviv isə Vaşinqtonun bu kimi addımlara sərt reaksiya verməyəcəyindən əmindir. Bu səbəbdən də hücum qərarı verib və dərhal icra edib. Lakin belə yanaşma ABŞ üçün ciddi strateji risklər doğurur”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri