Icma.az
close
up
RU
“Netanyahu Fələstin dövlətini və xalqının siyasi hüquqlarını qəbul etmir”

“Netanyahu Fələstin dövlətini və xalqının siyasi hüquqlarını qəbul etmir”

Icma.az bildirir, Adelet.az portalına istinadən.

“Qəzza sammiti atəşkəsi gətirsə də, İsrail və Fələstin arasında fundamental problemlərin həlli qalır. Misirdə ABŞ prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə Qəzzada dayanıqlı atəşkəsin əldə edilməsi məqsədilə sammit keçirildi. Sammitə digər ölkələr də dəvət edilsə də, əsas iştirakçılar – Misir, Türkiyə və Qətər liderləri – “Qəzza planı”nda yer aldılar”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, iki il davam edən HƏMAS–İsrail hərbi toqquşmalarına son qoyan bu razılaşma bölgədə mühüm siyasi hadisədir: 

“ABŞ prezidenti Donald Tramp bu atəşkəs sənədini “sülh və üç minillik münaqişəyə son qoyan addım” kimi dəyərləndirdi. Bununla belə, sənəd Qəzzada atəşkəsin təmin olunması və Həmasın idarəetmədən çəkilməsini nəzərdə tutur, lakin İsrail–Fələstin münaqişəsini köklü şəkildə həll və sülh sazişinin hüquqi əsaslarını özündə ehtiva etmir. Sammit, həmçinin, Fələstin dövlətinin Böyük Britaniya başda olmaqla bir sıra Qərb ölkələri tərəfindən tanınması fonunda baş tutdu”. 

Politoloqun sözlərinə görə, Azərbaycan isə hələ 1992-ci ildən Fələstini dövlət kimi tanımış və diplomatik əlaqələr qurmuşdur:

“Lakin keçirilən sammit iki xalq arasında fundamental problemləri həll etmədi. Donald Tramp, əgər siyasi iradə göstərilsəydi, tərəfləri “yekun sülh müqaviləsinə” də yaxınlaşdıra bilərdi. Bu xüsusilə Fələstin dövlətinin İsrail tərəfindən tanınması və “iki dövlətli həll planının” reallaşdırılması baxımından əhəmiyyətli olardı. Hazırda İsrail və Fələstin arasında sülh müqaviləsi mövcud deyil. İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin dövlətini və xalqının siyasi hüquqlarını qəbul etmir, həmçinin Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasına qarşı çıxır. Yeni geosiyasi nizamda isə Fələstin dövlətinin tanınması artıq labüd görünür. BMT-nin “iki dövlətli həll planı” iki xalq arasında dayanıqlı sülhün əsas istiqamətidir. Mövcud de-fakto sərhədlər çərçivəsində Fələstin dövlətinin tanınması və İsrailin də bunu qəbul etməsi həm regional sabitlik, həm də hər iki xalqın mənafeyinə xidmət edəcək. İsrail Fələstinin tanınmasından imtina etdikcə, regionda dayanıqlı sülhün əldə edilməsi mümkün olmayacaq”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri