Icma.az
close
up
RU
Qallant İranla bağlı hansı əmrə qurban getdi? Netanyahu gecə ikən deyib ki...

Qallant İranla bağlı hansı əmrə qurban getdi? Netanyahu gecə ikən deyib ki...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu gecə saatlarında müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad edib, yerinə xarici işlər naziri İsrail Katzı təyin edib. Məlumata görə, Netanyahu Baş Qərargah rəisi Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı da vəzifədən azad etmək niyyətindədir.

Ölkə müxalifəti müharibə getdiyi vaxtda müdafiə nazirinin dəyişdirilməsinə etiraz edib və tərəfdarlarını aksiyaya çağırıb. Hazırda İsraildə müxalif fəalların aksiyası keçirilir.

Əslində, İsrail müxalifətinin arqumenti haqlıdır: müharibə zamanı müdafiə nazirinin dəyişdirilməsini radikal qərardır. Lakin bu qərar iki mühüm hadisə fonunda verildi:

ABŞ-da prezident seçkilərinin keçirildiyi vaxtda; İsrailin İrana gözlənilənin əksinə məhdud xarakterli cavab verməsindən sonra.

İran-İsrail gərginliyi fonunda Təl-Əvivin İranın nüvə obyektlərini hədəfə alması və məhv etməsi gözlənilirdi. Hətta bu gediş fonunda regionda İsrail-İran müharibəsinin başlayacağı ehtimalları vardı, lakin bu baş vermədi.

Aydındır ki, ABŞ bu məsələdə İsrailə veto qoydu. Hətta İrana İsrailin hücumuna cavab verməməsi ilə bağlı xəbərdarlıq edildi. Xəbərdarlıqda bu dəfə “İsrailin qarşısını ala bilməyəcəyik” deyilməsi də vəziyyətin ciddiliyindən xəbər verir.

ABŞ-ın İsraili xəbərdar etdiyi təəssüratı yaransa da, Netanyahunun gecə saatlarında müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad etməsi fərqli mətləblərdən xəbər verir. Görünür, Netanyahu Vaşinqtonun xəbərdarlığını dinləməyib və İranın nüvə obyektlərinə zərbə vurmaq əmrini verib. Amma Yoav Qallant, Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar bu əmrə əməl etməyib. Netanyahu ehtimal ki, buna görə Qallantı vəzifəsindən uzaqlaşdırıb.

İkinci məsələ isə bu qərarın ABŞ-da prezident seçkilərinin getdiyi zamanda verilməsidir. Netanyahu adi vaxtda belə qərar versə, Vaşinqton qarşı çıxa bilərdi. Buna görə də məhz indi bu qərarı verdi. Aydın məsələdir ki, seçki prosesi və sonrası Vaşinqtonun başı qarışıq olacaq. İsrail isə yeni prezidentin seçilməsi fonunda atacağı addımlara hazırlıq görür.

ABŞ prezident seçkilərindən sonra İsrail-İran gərginliyi yenidən arta bilər. Bu dəfə daha sərt formada…

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri