Netanyahu: İran daxilində baş verə biləcək proseslər hələ qeyri müəyyəndir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran daxilində baş verə biləcək proseslər hələ qeyri-müəyyəndir.
APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.
“İran xalqının yaranmış şəraitdən istifadə edib küçələrə çıxıb-çıxmayacağını demək tezdir. Biz bunun üzərində işləyirik və buna ümid edirik, amma sonda hər şey onların özündən asılı olacaq”, - hökümət başçısı vurğulayıb.
Baş nazir qeyd edib ki, İranın cavab zərbələri davam edir:
“İran bizə zərbələr endirməyə çalışır, bu, zərərə və itkilərə səbəb olur. Lakin bu hücumların miqyası gözlədiyimizlə müqayisə oluna bilməz, çünki onların imkanlarının böyük hissəsi artıq məhv edilib. Biz SEPAH qüvvələrinin minimum səviyyəyə endirilməsinə nail olacağıq”.
Netanyahu bildirib ki, iki həftə əvvəl İsrail ordusu və “Mossad”a birgə fəaliyyət tapşırığı verib:
“Tapşırdım ki, SEPAH nümayəndələri bilsin, biz onları şəhərlərin daxilində belə təqib edəcəyik. Bu tapşırıqlar yerinə yetirildi. Onların qorxu içində qaçdığını görmək olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 20 Mart 2026 06:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















