Icma.az
close
up
RU
Netanyahu İranı zəiflətmək istəyir, amma xalq birləşdi Tehran Tayms

Netanyahu İranı zəiflətmək istəyir, amma xalq birləşdi Tehran Tayms

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


İsrail-İran savaşına İranın özündə münasibət necədir? “Tehran Tayms”da gedən “İsrail İrana hücum etməklə nəyə nail olmaq istəyirdi - nə itirdi, nə qazandı” (What Israel wanted with attacks on Iran - what it lost and gained) adlı məqalədə bu suala qismən cavab verilir. Qeyd edim ki, bu qəzet İranın siyasi rəhbərliyinə, xüsusən hərbi elitasına birbaşa bağlıdır.

Bakupost.az Avropada yaşayan jurnalist Elbəyi Həsənliyə istinadla müəllifi Ənsari olan məqalənin əsas hissəsini təqdim edir:

“Əvvəlcə heç kim baş verənlərə heç cür inana bilmədi. ABŞ və İsrail diplomatik prosesin ortasında İrana necə hücum edə bilər? Hücumdan bir neçə saat əvvəl ABŞ ilə vasitəçi üzərindən nüvə danışıqlarının altıncı raundu üçün Omana getməyə hazırlaşan bəzi həmkarlarımla söhbət etdim. Onlardan bəziləri bu dəfə danışıqlarda bir irəliləyişin mümkün olduğuna inandıqlarını söylədilər. Bəziləri hətta Trampın İsrailin Baş naziri Binyamin Netanyahunu İrana hücumdan çəkinməyə çağırdığı bəyanatlarına istinad etdi. Onlar iddia edirdilər ki, Tramp “dəli” olsa da, o, Qərbi Asiyaya gəldikdə aydın düşünməyə qadir görünür və başa düşür ki, regionda başqa bir müharibənin – xüsusən də İranın da iştirak etdiyi – heç kimə fayda verməyəcək.

Ancaq Trampın həmişə bildiyimiz kimi dəli və cahil olduğu ortaya çıxdı. ABŞ prezidenti Omanda iranlılarla görüşə hazırlaşarkən İsraili İran ərazisində yaşayış binalarına, nüvə obyektlərinə və hərbi obyektlərə zərbələr endirmək üçün lazım olan logistika və kəşfiyyat məlumatı ilə təmin etdi. Hazırda İranın yüksək səviyyəli hərbi komandirləri və nüvə alimləri ilə birlikdə 250-dən çox mülki şəxs ölüb...

İsrail niyə İrana hücum etdi?

Netanyahu iddia edir ki, hücumlar İranın nüvə silahı əldə etmək istəyinin qarşısını almaq məqsədi daşıyır.

MAQATE və Qərb kəşfiyyat agentlikləri dəfələrlə təsdiqləyiblər ki, nüvə sahəsində irəliləyişlərə baxmayaraq, İran nə nüvə silahı əldə etmək ardınca gedib, nə də bunun üçün siyasi iradə nümayiş etdirib...

Bundan əlavə, İsrail rejiminin Natanz və Fordo nüvə obyektlərinə hücumları əhəmiyyətli zərər verə bilmədi. İranın nüvə rəhbərinin son açıqlamasına görə, hazırda hər iki obyekt normal işləyir. Bu, heç də təəccüblü olmadı, çünki bütün dünya bir müddət idi ki, İranın nüvə obyektlərinin əsas hissəsinin yerin altında yerləşdiyini və onları adi silahlarla məhv etməyin mümkün olmadığını bilirdi. Xüsusilə Netanyahu MAQATE-nin baş direktoru Rafael Qrossi ilə yaxın əlaqələrini nəzərə alsaq, şübhəsiz ki, bu faktdan xəbərdar idi.

Bəs İsrail niyə İrana hücum etdi? İranın niyə hücuma məruz qaldığını anlamaq üçün ilk növbədə İsrailin hücumunu araşdırmaq lazımdır.

Rejimin İrana qarşı əməliyyatı üç elementdən ibarət idi: hərbi liderlərə sui-qəsd, nüvə obyektlərinə hücum və dinc əhaliyə qarşı terror.

İsrail hücumunun üç nəticə verəcəyinə inanırdı:

1. İranın yüksək səviyyəli komandirlərinin öldürülməsi İranın İsraildən qisas almasını gecikdirər və ya qarşısını alar.

2. Cümə günü kampaniya zamanı İranın raket buraxılış qurğuları, anbarları və hərbi obyektlərinin hamısı və ya xeyli hissəsi məhv edilə bilər.

3. İranda mülki əhalinin öldürülməsi və Tehranın ürəyinə zərbə endirmək xalqı hökumətə qarşı üsyana təhrik edə bilər.

İsrailin bütün ehtimalları yalan çıxdı. Beş yüksək səviyyəli hərbi liderin itirilməsi İrana zərbə vursa da, bu, İran Silahlı Qüvvələrini şikəst etmədi. İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qətlə yetirilən generalları əvəz etmək üçün cəmi bir neçə saat lazım oldu.

İsrailin İranın hərbi aktivlərinə nə qədər zərər vurduğunu bilməsək də, İran müdafiə və hücum qabiliyyətinin böyük bir hissəsini hələ də özündə saxlayır.

Münaqişə başlayandan bəri İran işğal olunmuş ərazilərə (İsrail nəzərdə tutulur – red.) qarşı çoxsaylı raket zərbələri endirərək, Hayfa neft emalı zavodunu, MOSSAD və Aman qərargahlarını, hərbi bazalar və nüvə tədqiqat mərkəzləri kimi kritik hədəfləri vurub. İran Silahlı Qüvvələri bundan əvvəl iki il ərzində hər gün İsrail hədəflərini vurmaq üçün kifayət qədər raketlərə malik olduğunu bildirmişdi.

Netanyahu İran xalqına bir mesaj verdi və daha sonra ABŞ-da yerləşən farsdilli kanala müsahibə verərək, onlara yalnız hökumətlə müharibə etdiyini və İran xalqına azadlıq və firavanlıq gətirmək istədiyini söylədi. Ancaq İsrailin təcavüzü iranlıları daha da birləşdirdi və hətta uzun müddət anti-hökumət fəallığı olan tanınmış şəxsləri Ayətullah Xameneinin arxasında toplaşmağa sövq etdi.

İsrailin qazandıqları və itirdikləri

Bəli, Netanyahu müvəqqəti eyforiya dövrü qazanmağı bacardı. Amma onun qumara qoyduğu sionist rejimin gələcəyi sual altına düşdü.

İşğal olunmuş ərazilərdə məskunlaşanlar ekzistensial (mövcud olmaq) təhlükələrlə üzləşmədən müharibə aparmağa öyrəşiblər. İsrail tarixində ilk dəfədir ki, onun vətəndaşları həyatları üçün qorxurlar. İranın raketləri istədiyi yeri vurur, israillilər belə bir reallıqla üzləşiblər. Yəhudi mediasının yazdığına görə, hökumət İsrail vətəndaşlarının başqa ölkələrə qaçmasına qadağa qoyub. Buna baxmayaraq, yerli sakinlər Kiprə sığınmaq üçün qaçaqmalçılara pul ödəyirlər. Qaçaqmalçılar onları qayıqla Kiprə daşıyırlar...

Jurnalistlər İsraildə baş verənlərdən dəhşətə gəldiklərini deyirlər, hərbi analitiklər bildirir ki, İsrailin vəziyyəti yaxşı deyil.

Netanyahu və Tramp mahiyyətcə bitirə bilməyəcəkləri müharibəyə girişiblər. Görünür, onlar İranı həqiqətən tanımırlar. Beləliklə, onlar indi oturub İranın bu müharibə hekayəsinin sonunu necə tamamlayacağına tamaşa etməlidirlər”.

İranlı müəllif iddia edir ki, İsrail İrana hücumla heç bir məqsədinə nail olmayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 İyun 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri