Netanyahu: İsrail ordusu yaxın günlərdə HAMAS ı məhv etmək üçün tam güclə Qəzzaya girəcək
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HAMAS-ı məhv etmək üçün Qəzzaya tam güclə girəcək.
APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
"Yaxın günlərdə əməliyyatı başa çatdırmaq üçün bütün gücümüzlə Qəzzaya daxil oluruq. Əməliyyatı başa çatdırmaq HAMAS-ı məğlub etmək deməkdir. Bu, HAMAS-ı məhv etmək deməkdir. Müharibəni dayandıracağımız vəziyyət olmayacaq. Müvəqqəti atəşkəs ola bilər, amma biz sona qədər gedirik", - Netanyahu bildirib.
O, həmçinin bildirib ki, İsrail Qəzza sakinlərini qəbul etmək istəyən ölkələr tapmağa çalışır.

İsrail ordusu tam güclə Qəzzaya girəcək Netanyahu
13 May 2025 17:58
İsrail bütün Qəzzaya nəzarət edəcək Netanyahu
19 May 2025 15:39
İsrail əraziyə tam nəzarət müqabilində Qəzzaya yardımı bərpa edəcək Netanyahu
19 May 2025 23:32
İsrail girovları azad etmək üçün... Netanyahu
21 May 2025 23:38

