Netanyahu: İsrail yaxın günlərdə tam gücü ilə HƏMAS a qarşı hərbi əməliyyata başlayacaq
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, yaxın günlərdə ölkəsi tam gücü ilə Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə hökumət başçısının ofisindən xəbər verilib.
"Əməliyyatı tamamlamaq - HƏMAS-ı məğlub etmək, məhv etmək deməkdir", - deyə Netanyahu qeyd edib.
Baş nazirin sözlərinə görə, hazırda İsrail qoşunları Qəzza zolağında yerləşir. O, həmçinin ehtimal edib ki, HƏMAS yaxın vaxtlarda daha 10 girovun azad edilməsinə razılıq verə bilər:
"Yaxşı, azad edin, biz onları qəbul edəcəyik, sonra isə əməliyyatı davam etdirəcəyik", - deyə hökumət başçısı bildirib.
Netanyahu vurğulayıb ki, İsrailin müharibəni tamamilə dayandırmaq kimi bir niyyəti yoxdur:
"Müəyyən müddətə atəşkəs ola bilər, lakin biz sona qədər gedəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















