Netanyahu İsrailin Livanın cənubunda mövcudluğunu qoruyacağını bildirib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İsrail Livanın cənubundakı bufer zonada öz hərbi mövcudluğunu saxlamaq niyyətindədir və İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.
"Report" xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısı Benyamin Netanyahu bildirib.
"Biz İsrailin şimalındakı sakinləri qorumaq üçün Livanın cənubundakı təhlükəsizlik zonasında lazım olduğu qədər qalacağıq. İsrailin Baş naziri olaraq mən bu məsələdə heç nəyin dəyişməyəcəyi qəti mövqe tuturam", - Netanyahu deyib.
O həmçinin vurğulayıb ki, diplomatik cəbhədəki hadisələrdən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.
Bu mövzuda digər xəbərlər:İsrail Livanın cənubunda bufer zona yaradır Netanyahu
26 Mart 2026 01:06
Livanın cənubunda gərginlik artır: İsrailin zərbələri intensivləşib
17 Avqust 2026 19:30
İsrailin pilotsuz təyyarəsi Livanın cənubunda buldozerə hücum edib
29 Sentyabr 2025 17:17
İsrailin hücumları nəticəsində Livanın cənubunda dörd nəfər ölüb
14 Mart 2026 11:43
İsrailin hücumları nəticəsində Livanın cənubunda səkkiz nəfər ölüb
12 Aprel 2026 01:46
Baxış sayı:170
Bu xəbər 21 İyun 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















