Netanyahu Nyu York meri Mamdanini hədələdi
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək İsrail Baş naziri Binyamin Netanyahu Nyu-York meri Zöhran Mamdanini onu “müharibə cinayətkarı” adlandırmasına görə tənqid edib.
Turkustan.az xəbər verir ki, Netanyahu ABŞ-da fəaliyyət göstərən “X” sosial şəbəkəsində yayımladığı video müraciətdə Mamdaniyə xitabən onun haqqında BMT-də danışacağını bildirib.
Netanyahu Mamdanini HƏMAS-ı dəstəkləməkdə ittiham edib və Nyu-Yorkda yəhudilərə qarşı iğtişaşların baş verdiyini iddia edib. O, “BMT-yə gəlirəm. Sənin haqqında həqiqəti deyəcəyəm”, - deyə bildirib.
Mamdani daha əvvəl Netanyahunun BMT Baş Assambleyasının iclasları üçün Nyu-Yorka səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində çıxardığı həbs qərarının icrası üçün şəhərin müstəqil hüquqi səlahiyyətinin olmadığını bildirmişdi. O, bu addımın federal hökumət tərəfindən atılmalı olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















