Netanyahu Trampdan danışdı “Ona şans verilməlidir”
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı problemi diplomatik yollarla həll edə biləcəyinə inanır”.
“Qafqazinfo” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “CNBC” telekanalına müsahibəsində deyib.
Ağ Ev rəhbəri ilə İran məsələsində ortaq məxrəcdə olduqlarını bildirən Netanyahu Trampın strategiyasını dəstəklədiyini vurğulayıb:
“Tramp hesab edir ki, uranın zənginləşdirilməsi problemini diplomatik təzyiq və sərt danışıqlar yolu ilə həll edə bilər. Məncə, ona şans verilməlidir”.
Baş nazir müsahibəsində ABŞ və İsrail arasında zaman-zaman taktiki fikir ayrılıqlarının yarandığını da etiraf edib.
O, bu gərginliklərin keçici olduğunu və tərəflərin həmişə kompromis tapdığını qeyd edib:
“Bəzən ən yaxşı ailələrdə olduğu kimi, bizim də taktiki fikir ayrılıqlarımız olur. Amma biz həmişə bu problemi həll etməyin yolunu tapırıq. Səhər fikir ayrılığı yaşaya bilərik, amma günortaya ortaq addım atırıq. O mənə, mən də ona hörmət edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 İyun 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















