Netanyahu Vensə cavab verdi
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp İsrailin ən böyük dostudur, lakin yəhudi dövlətinin ABŞ-dan kənarda da çoxlu dostu var.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Fox News-da ABŞ-ın vitse-prezidenti J.D. Vensin tənqidlərinə cavab olaraq deyib.
O, yəhudi dövlətinin ABŞ-ın dünyada "ən güclü müttəfiqi" olaraq qaldığını xatırlamağa çağırıb: "Mən J.D. Vensə hörmət edirəm, bizim çox yaxşı münasibətlərimiz var, amma bu, onun dediklərinin hamısı ilə razı olduğum anlamına gəlmir. Həmçinin qeyd etməliyəm ki, Donald Tramp Ağ Evdə indiyə qədər gördüyüm ən böyük dostdur. Bizim 1,4 milyard əhalisi olan Hindistan adlı böyük bir ölkə kimi başqa dostlarımız da var və orada böyük dəstəyimiz var".
İsrail baş nazirinin sözlərinə görə, bir çox dövlət başçısı hörmətlərini bildirmək və əməkdaşlıq təklif etmək üçün ona zəng edir: "Beləliklə, münasibətlər göründüyündən tamamilə fərqlidir və bizim çoxlu dostumuz var".
İyun ayının sonlarında Amerikanın "Politico" nəşri mənbələrə istinadən ABŞ-ın İsrailə "Amerika Birinci" prinsipindən istisna verməyi dayandırdığını və yəhudi dövlətinin "xüsusi müttəfiq" statusunu itirdiyinə dair məlumat yayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















