Netanyahudan BMT agentliyinə qarşı sərt addım: Qüdsdə təxliyə başladı
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu 2024-cü ildə qəbul edilmiş və Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin İsrail ərazisində fəaliyyətini qadağan edən qanuna uyğun olaraq, qurumun Qüdsdəki kompleksinin təxliyəsinə başlandığını elan edib.
Moderator.az bu barədə TASS-a istinadən xəbər verir.
"Mənim göstərişlərimə uyğun olaraq və qəbul edilmiş qanunun icrası məqsədilə bu gün (25 avqust - red.) Qüdsdə, Kafr-Akabdakı kompleksin təxliyəsinə başlanılıb", - deyə Netanyahu bildirib.
"İsrail dövləti oktyabr terroru və qırğınında əməkdaşları iştirak edən bir təşkilatın öz ərazisində fəaliyyət göstərməsinə icazə verməyəcək və bütün mövcud vasitələrlə onunla mübarizə aparacaq", - deyə Netanyahu əlavə edib.
İsrail tərəfi daha əvvəl də dəfələrlə iddia edib ki, bu agentliyin bir çox əməkdaşı eyni zamanda HƏMAS-ın hərbi qanadının fəaliyyətində iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 Avqust 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















