Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Netanyahudan Trampı qəzəbləndirən qərar “Tək xilas yolu budur

Netanyahudan Trampı qəzəbləndirən qərar “Tək xilas yolu budur

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

 “The Washington Post” qəzetinin İsrailin İrana qarşı hücuma hazırlaşdığı barədə yayımladığı məqalə beynəlxalq siyasi arenada rezonans doğurdu. Təl-Əviv daha sonra rəsmi şəkildə bu məlumatı təkzib etsə də, xəbər qısa zamanda bir çox beynəlxalq informasiya resurslarında tirajlandı.

ABŞ-ın İranla danışıqları fonunda belə bir iddianın ortaya atılması, Vaşinqtonla Təl-Əviv arasında anlaşılmazlıqların yaşandığına dair məlumatları təkrar gündəmə gətirdi. Belə ki, ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə məsələsində razılıq əldə oluna biləcəyinə dair mesajlar verir. Lakin İsrail tərəfinin təkidlə İrana hücumun tərəfdarı olduğu, danışıqları dəstəkləmədiyi bildirir.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, belə bir informasiyanın yayılması, əslində İsrail tərəfindən ABŞ-ın reaksiyasını və Tramp administrasiyasının mövqeyini yoxlamaq üçün atılmış addım idi:

“Vaşinqton hökuməti İsrailin Baş naziri Benyamin Netanyahuya bu xəbərdən sonra sərt reaksiya verdi, nəticədə o, xəbərin əsassız olduğunu bəyan etməyə məcbur oldu. Beləliklə, bu mərhələdə İranın nüvə obyektlərinə hücum ehtimalı masadan qalxdı. Tramp administrasiyası məsələ ilə bağlı yalnız diplomatik yollarla irəliləməyə üstünlük verir və bütün vasitələrlə bu istiqamətdə nəticə əldə etməyə çalışır.

Rusiya–Ukrayna cəbhəsindəki uğursuzluqlar fonunda, İranın nüvə proqramı Tramp üçün yeni “qələbə məkanı”na çevrilib. ABŞ Prezidenti burada konkret nəticə əldə etməklə daxili və beynəlxalq arenada mövqeyini gücləndirmək niyyətindədir. İsrailin bu prosesə zidd davranması isə Trampı narahat edir və Netanyahunun davranışları artıq Vaşinqtonda qıcıq doğurur”.


Əlimusa İbrahimov

Politoloq bildirib ki, Tramp–Netanyahu münasibətlərindəki gərginliyin yeganə səbəbi İrana mümkün hücum planı deyil:

“Əsas problem Qəzza zolağında baş verən hadisələr, humanitar yardımın qarşısının alınması və atəşkəsin məhz İsrail tərəfindən pozulmasıdır. Netanyahu Trampın çağırışlarına məhəl qoymur. Hazırda o, bütün cəbhələrdə müharibəni davam etdirmək niyyətindədir. Halbuki Ağ Ev rəhbəri “sülh prezidenti” kimi tarixə düşmək istəyir və diplomatiyanı prioritet sayır. İsrailin baş naziri isə öz siyasi mövqeyini və toxunulmazlığını məhz müharibələr hesabına qorumağa çalışır. Düşünür ki, ölkəsinin ədalət sisteminin qarşısında onu yalnız apardığı müharibələr xilas edə bilər”.

Ə.İbrahimov əlavə edib ki, artıq Tramp və Netanyahu arasındakı  münasibətlərdə soyuqluq açıq-aşkar hiss olunur:

“Trampın Yaxın Şərq səfəri zamanı İsrailin gündəmə gəlməməsi, husilərə qarşı əməliyyatlarda Təl-Əvivin təkbaşına hərəkət etməyə məcbur qalması bu gərginliyin bariz göstəriciləridir.

İki müttəfiq ölkə arasındakı münasibətlərin bu şəkildə soyuması, ilk növbədə Netanyahunun siyasi karyerası üçün risklidir. ABŞ-ın İsrailə yardım siyasətindən geri çəkilməsi gözlənilən deyil. Lakin Trampın konkret olaraq Netanyahunu hədəfə alması İsrail baş nazirinin beynəlxalq dəstək bazasını zəiflədə və onun siyasi sonunu yaxınlaşdıra bilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 İyun 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri