Icma.az
close
up
RU
Netanyahunun əsas narahatlığı İranın nüvə proqramıdır AÇIQLAMA

Netanyahunun əsas narahatlığı İranın nüvə proqramıdır AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"ABŞ və İsrailin ortaq fikirləri olduğu kimi, fikir ayrılıqları da mövcuddur. O baxımdan bu fikir ayrılıqları, narahatlıqlarla bağlı bəzi məsələlər ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında ciddi müzakirə predmeti olacaq. Təbii ki, bu görüş baş tutacaqsa".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Natiq Miri qeyd etdi.

Onun sözlərinə görə, Netanyahunu daha çox maraqlandıran, indiki ABŞ-İran qarşıdurmasının aktivləşdiyi bir zamanda prosesin gələcəyindən əmin olmaqdır:

"Burada müzakirə olunan məsələlər, əlbəttə, öncə hər iki tərəfin proseslə bağlı narahatlıqları ilə əlaqədardır. Məsələn, ABŞ Prezidenti İsrailin həm Livandan, həm də Suriya ərazisindən qoşunlarını çıxarmasını istəyir. Əlbəttə ki, Livanla bağlı məsələdə ABŞ həm də Hizbullahın tamamilə silahsızlaşdırılmasının tərəfdarıdır. Ancaq bu məsələ hələ də açıq qalır. Netanyahunun da ciddi narahatlıqları var. Çünki son ABŞ-İran qarşıdurmasında ABŞ-nin əsas fokuslandığı məsələ nüvə məsələsi deyil, məhz Hörmüz boğazının açılması məsələsidir. Bu da, əlbəttə, ABŞ-nin nüvə məsələsindən fikrinin yayındığı həyəcanını İsraildə yaradır. Çünki İsraili birmənalı olaraq narahat edən məqam İranın perspektivdə nüvə silahı əldə etməsidir. Ona görə də bu qarşıdurmada nüvə məsələsini bir nömrəli yerə hər zaman Netanyahu qoyur".

Onun sözlərinə görə, Netanyahu yenidən ABŞ-İran qarşıdurmasının aktivləşdiyi bir zamanda bu vəziyyətə bir fürsət olaraq da baxır:

"Çünki atəşkəs mövcud olandan və memorandum imzalanandan bəri İsrail bu prosesdən o qədər də məmnun deyildi. Çünki ABŞ ilə birgə İrana qarşı hərbi əməliyyatları İsrail rəhbərliyi ən böyük tarixi fürsət hesab edirdi. Çünki ABŞ ilə birlikdə İrana qarşı müharibənin mövcudluğu İsrailin istəkləri yönündə konkret hərbi-siyasi nəticələrin əldə edilməsinə gətirib çıxara bilər ki, bununla da İsrail birdəfəlik İran kimi rəqibini aradan götürmüş olar. Çünki digər prezidentlər dönəmində İsrail heç vaxt elə bir birliyə, birgə hərbi əməliyyata nail ola bilməyib. Ona görə də müzakirə predmeti olan məsələlərdən biri də ola bilsin ki, əgər hərbi əməliyyatlar genişlənərsə ki, perspektiv bunu vəd edir, yenidən İsrail bu əməliyyatda tam olaraq iştirak edə bilər. Çünki buna xeyli zamandır İsrail hazırlıq edir, hazırlaşır və yenidən hərbi əməliyyatların genişləndirildiyi təqdirdə buna bir fürsət olaraq baxır. Çünki yeni əməliyyatlar genişləndirildiyi təqdirdə İsrail İranın bütün hərbi, mülki, enerji – bütün infrastrukturunun məhv edilməsinə qısa müddətdə çalışacaq ki, İranı onilliklərlə geriyə ata bilsin. Bu da İranın potensial rəqib olmaqdan, ən azından, bir neçə il çıxmasına səbəb olacaq. Ona görə də müzakirə olunan məsələlər çoxdur və hərbi əməliyyatların yenidən aktiv fazaya keçməsi, düşünürəm ki, Netanyahu hökumətinin maraqları çərçivəsindədir. Ona görə bu məsələ daha çox müzakirə predmeti olacaq. Ola bilsin ki, bir də əsas müzakirə predmetlərindən biri bu hərbi əməliyyatlar yenidən başlayıb genişləndirildiyi təqdirdə quru qoşunlarının, yəni xüsusi təyinatlı qüvvələrin Hörmüz boğazı boyunca adalara endirilməsi və işğal olunması prosesi ola bilsin. Çünki masada Xarq adasının işğalı və digər adaların işğalı kimi məsələlər də var. Belə olduğu təqdirdə, əlbəttə, İsrail də bu prosesdə iştirak edə bilər. İsrail əsgərləri birbaşa iştirak etməsə də, proksi qüvvələr vasitəsilə bu prosesdə iştirak edə bilər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 İyul 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri