Netanyahunun təyyarəsi Nyu Yorka enməyəcək Səbəb budur
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə planlaşdırılan səfəri zamanı təyyarəsinin enəcəyi hava limanı dəyişdirilib.
“Qafqazinfo” İsrailin “Walla” nəşrinə istinadla xəbər verir ki, Netanyahunun təyyarəsi ənənəvi Nyu-York JFK (Con Fitscerald Kennedi – red.) hava limanı yerinə Nyu-Cersidəki “Newark” aeroportuna eniş edəcək.
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən haqqında həbs qərarı çıxarılan Netanyahunun səfəri zamanı ABŞ Məxfi Xidməti fövqəladə səviyyədə təhlükəsizlik tədbirləri görəcək. Eniş yerinin dəyişdirilməsi Nyu-York meriyasının rəhbəri Zöhran Mamdaninin “Netanyahunun yeri Haaqadır, o müharibə cinayətkarıdır” bəyanatı ilə əlaqələndirilsə də, ABŞ rəsmiləri bunu sırf aviasiya və parklanma təhlükəsizliyi ilə izah edirlər.
Mamdaninin sərt bəyanatlarına cavab verən Netanyahu isə onu Yaxın Şərqdəki yeganə demokratiyanın liderinə hücum etməkdə təqsirləndirib və ICC-nin ABŞ ilə İsrail vətəndaşları üzərində heç bir hüquqi səlahiyyətinin olmadığını iddia edib.
Qeyd edək ki, İsrail Baş nazirinin sentyabrın 23-də Nyu-Yorka getməsi gözlənilir. İsrail Baş Nazirliyinin və Netanyahunun şəxsi mühafizə dəstəsinin ön heyəti artıq hazırlıqlar üçün ABŞ-yə enib.
Baxış sayı:154
Bu xəbər 16 Sentyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















