Netanyahunun Trampa bağışladığı qızıl peycerin FOTOSU
Icma.az bildirir, Bakupost portalına istinadən.
İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampa hədiyyə etdiyi qızıl peycer yəhudi siyasətçinin ofisi tərəfindən nümayiş etdirilib.
Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, fotonu özünün Telegram kanalında İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman dərc edib.
Qızıl ilə bəzədilmiş qadjet taxta kütləyə yerləşdirilib və üzərində “Ən yaxşı dostumuz və ən böyük müttəfiqimiz olan Prezident Donald Con Trampa. Baş nazir Benyamin Netanyahu" sözləri yazılıb.
Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun Livanda "Hizbullah" hərəkatına qarşı əməliyyatın xatirəsinə ABŞ prezidentinə qızıl peycer hədiyyə etdiyi məlum olmuşdu. Donald Trampın İsrailin hərəkətlərini “möhtəşəm əməliyyat” adlandırdığı bildirilir.
2024-cü ilin sentyabrında Livanda "Hizbullah" üzvlərinin minlərlə peyceri partladılıb. Daha sonra media bunun arxasında İsrailin dayandığını bildirdi. Qeyd olundu ki. İsrailin kəşfiyyat xidmətləri Tayvan istehsalı olan bir partiya peycerə partlayıcı qurğular yerləşdirib.
Əməliyyat nəticəsində minlərlə insan yaralanıb, ondan çox insan həlak olub.
Zaur, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 06 Fevral 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















