Icma.az
close
up
RU
Trampa yaxın adam Türkiyəni göstərdi: “Netanyahunun Böyük İsrail layihəsi partladı”

Trampa yaxın adam Türkiyəni göstərdi: “Netanyahunun Böyük İsrail layihəsi partladı”

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“Osmanlı geri döndü. Ərdoğan Qəzzədə təhlükəsizlik qüvvəsinin rəhbəri olacaq”

ABŞ  Prezidenti Donald Trampa yaxınlığı ilə tanınan sabiq baş müşaviri Stiv Bennon, sosial mediada yayımlanan “War Room” adlı proqramında Türkiyə ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Sherg.az xəbər verir ki, Bennon, Türkiyə bölgədəki təsir gücünü yenidən bərpa etdiyini vurğulayıb:

“Osmanlı geri döndü. Ərdoğan Qəzzədə təhlükəsizlik qüvvəsinin rəhbəri olacaq.”


Orta Şərqdə tarazlıqların tamamilə dəyişdiyini qeyd edən Bennon deyib:


“Bir əsr əvvəl sona çatdırılmağa çalışılan nizamı biz iki ayda tərsinə çevirdik.”

Onun sözlərinə görə, ABŞ administrasiyası hazırda Türkiyə və Qətərlə birbaşa əlaqə saxlayır:

“Sahədə təhlükəsizliyə Türkiyə nəzarət edəcək, Qətər maliyyə dəstəyi göstərəcək, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı isə əsgər göndərəcək.”


Bennonun fikrincə, Qəzzadakı yeni quruluşun mərkəzində Ankara dayanır:

“Əgər bu gün "yeni Orta Şərq nizamından danışırıqsa, bu nizamın lideri Ərğandır.”


Netanyahunun “Böyük İsrail” layihəsinin uğursuzluğa düçar olduğunu bildirən Bennon əlavə edib:

“Bu layihə Netanyahunun üzünə partladı. Artıq bölgə Ərdoğanın addımlarına görə formalaşır.”


İsrail tərəfdarı dairələrə səslənən Bennon deyib:

“Siz bu siyasətləri dəstəklədiniz, indi qarşınızda yeni güc tarazlığı var -Türkiyənin rəhbərliyində yenidən qurulan Orta Şərq.”


Ağ Evdə çalışarkən ABŞ-ın Orta Şərq siyasətlərinin memarlarından biri olmuş Bennon qeyd edib:

“Ərdoğanın diplomatik və hərbi strategiyası bölgəni yenidən formalaşdırır. Ərdoğan artıq təkcə Türkiyənin deyil, bütövlükdə regionun təhlükəsizliyinin qarantıdır.”


Tarixə də toxunan Bennon söyləyib:

“Osmanlı addımlarını ehtiyatla və səbirli şəkildə atırdı. Ərdoğan da eyni tərzdə irəliləyir. Yüz il əvvəl ingilislər Osmanlını Qüdsdən, Şamdan, Fələstindən çıxarmışdı. İndi vəziyyət tam tərsinə dönüb.”


Bennon Türkiyənin yenidən regional güc statusu qazandığını vurğulayıb:

“Türklər uzun illər səhnədən uzaqlaşdırılmışdı, amma indi yenidən baş roldadırlar.”


Amerikalı siyasətçi bölgədə formalaşan yeni güc sisteminə diqqət çəkərək deyib:

“Artıq üçtərəfli bir nizam yaranır: Müsəlman dövlətləri, xristian Qüdsü və türk təhlükəsizlik zolağı. Bu tablo qarşıdakı 30 ili müəyyən edəcək.”


Bennonun açıqlamaları həm Vaşinqtonda, həm də regional mediada geniş rezonans doğurub. Mütəxəssislər bu fikirləri belə şərh ediblər:

“Bu, Türkiyənin Orta Şərqdə yenidən mərkəzi ölkə statusuna yüksəldiyinin açıq etirafıdır.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri