Netanyahuya qarşı yəhudi ərəb ittifaqı yarana bilər
Icma.az, Modern.az saytına istinadən bildirir.
İsrail müxalifətinin liderləri ərəb partiyalarının dəstəyi ilə hökumət qurmağa çağırıblar.
Modern.az xəbər verir ki, “Demokratlar” partiyasının lideri Yair Qolan və ərəblərin Birləşmiş Siyahısının sədri Yusif Cabarin Benyamin Netanyahu hökumətini dəyişmək üçün əməkdaşlığa hazır olduqlarını bildiriblər.
“Netanyahu uduzub. Mən 120-yə qədər saymağı bacarıram. 65, 55-dən böyükdür. İsrail demokratiyası belə işləyir”, – Qolan X sosial şəbəkəsində yazıb.
O, müxalifəti İsrailin ərəb vətəndaşları ilə əməkdaşlıqdan çəkinməməyə çağırıb.
Cabarin isə “Channel 13” telekanalına açıqlamasında bildirib ki, hazırkı hökumətə alternativ təklif edən istənilən siyasi qüvvə onun fraksiyası ilə danışıqlar aparmalıdır. O, “Ynet”ə müsahibəsində partiyasının siyasi təsirindən Netanyahu hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün istifadə edəcəyini deyib.
İsrail Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, bülletenlərin 76,8 faizi hesablandıqdan sonra Netanyahu bloku 54, Qadi Eyzenkotun bloku 47, ərəb partiyaları isə 19 mandat qazanır.
Qeyd edək ki, 120 yerlik Knessetdə çoxluq üçün 61 mandat tələb olunur.
Baxış sayı:62
Bu xəbər 28 Oktyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















