Icma.az
close
up
RU
Netflix qalmaqalı məhkəmədə: 11 milyon dolları hara xərcləyib?

Netflix qalmaqalı məhkəmədə: 11 milyon dolları hara xərcləyib?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Rejissor Karl Erik Rinsç "White Horse” adlı layihə üçün "Netflix”dən aldığı 11 milyon dolları istehsala deyil, şəxsi xərclərə — lüks avtomobillərə, borclara və hər biri 300 min dolları aşan çarpayılara yönəltdiyi iddiası ilə Manhettendə mühakimə olunur. 

Qaynarinfo xəbər verir ki, tamamlanmayan serial layihəsi hazırda dələduzluq işi üzrə məhkəmənin əsas mövzusuna çevrilib.

48 yaşlı Rinsç insanlar və klonlar mövzusunda elmi-fantastik serialı təhvil vermədiyi halda, ayrılan vəsaitləri şəxsi hesablara köçürərək istifadə etməkdə ittiham edilir. Federal prokurorlar bildirirlər ki, rejissor bu pullarla borclarını ödəyib, lüks avtomobillər və ev əşyaları, həmçinin hər biri 300 min dollardan baha olan iki çarpayı alıb.

Manhettendəki proses zamanı münsiflər heyətinin ilk investorlarından biri aktyor Kianu Rivs olan və bir neçə yayın platformasının maraq göstərdiyi layihə barədə Hollivud üslubunda dramatik bir hekayə dinləməsi gözlənilir. Məhkəmədə Rinsçin distopik, süni intellekt mövzulu triller filmi "White Horse” ("Ağ at" - sonradan isə "Conquest” (Fəth) adlandırılıb) layihəsindən xam görüntülər də nümayiş olunacaq.

Həddən artıq xərcləmələr və yalan məlumatlar

Prokurorluğun məlumatına görə, 2018-ci ildə "Netflix” rəhbərliyi ilk treylerini yüksək qiymətləndirdikləri "White Horse” üçün Rinsçə 44 milyon dollarlıq ilkin tranşın ödənilməsinə razılıq verib. 2020-ci ildə rejissor əlavə vəsait istəyib və şirkət kostyum, montaj, maaş fondu kimi istehsal məqsədləri üçün nəzərdə tutulmaq şərti ilə ona daha 11 milyon dollar göndərib. Lakin iddialara görə, Rinsç bu vəsaiti şəxsi hesablarına yönəldərək fərdi investisiya hesabına keçirib.

Prokurorlar bildirirlər ki, o, vəsaitin yarısından çoxunu riskli səhm əməliyyatlarında itirib, lakin bu vaxt "Netflix” rəhbərliyinə layihənin "möhtəşəm” və "oyun dəyişdirən” olduğuna dair yalan yeniləmələr göndərib.

Rinsç itirmədiyi pulları kriptovalyutalara yatıraraq təxminən 10 milyon dollar qazanıb. İttiham aktında deyilir ki, o, bu gəlirləri kredit kartı borclarını bağlamaq, boşanma üzrə vəkillər tutmaq və beş ədəd "Rolls-Royce” da daxil olmaqla bir anbar dolusu lüks əşya almaq üçün istifadə edib. Vəd edilən 13 seriyalı ilk mövsümün isə bircə bölümünün belə tamamlanmadığı bildirilir.

Pandemiya və ruh sağlamlığı arqumentləri

İki həftə davam edəcəyi gözlənilən məhkəmədə keçmiş "Netflix” rəhbərliyinin bir neçə nümayəndəsinin — o cümlədən şirkətin keçmiş orijinal kontent üzrə vitse-prezidenti Sindi Hollandın — ifadə verməsi planlaşdırılır.

Rinsç müdafiə sənədlərində layihənin çökməsini pandemiya və "Netflix”in layihəni vergi itkisi kimi silmək qərarı ilə izah edir. Prokurorlar isə əksinə, şirkət rəhbərliyinin həmin 11 milyon dolların ödənildiyi dövrdə rejissorun ruh sağlamlığının "kəskin şəkildə pisləşdiyinə” inandığını bildirirlər.

Rinsçin vəkilləri məhkəmədə əsas müzakirə mövzularından birinin onun dələduzluq niyyəti formalaşdırıb-formalaşdırmadığı məsələsi olacağını deyirlər. Rinsç isə özünü günahsız hesab etdiyini və məhkəmə prosesini səbirsizliklə gözlədiyini vurğulayır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri