“Nəticə tezliklə olacaq” Paşinyan Türkiyə ilə dialoqdan danışdı
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Türkiyə ilə dialoqu davam etdiririk və etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də keçirdiyi görüşlərdən sonra verdiyi müsahibədə deyib.
“Əslində, Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz daim əlaqə saxlayırıq. Xarici işlər nazirlərimiz hər zaman görüşür və danışır, nümayəndələrimiz daimi təmasdadır və biz çox fəal işləyirik. Nə etmək lazım olduğuna dair ümumi fikrimiz var. Ancaq təbii ki, bəzi nüanslar da var və real nəticələr əldə etmək üçün müəyyən son addımlar lazımdır. Ümid edirik ki, nəticə tezliklə olacaq”, - deyə o qeyd edib.
Onu da qeyd edək ki, Ankara dəfələrlə İrəvanla münasibətlərin normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə əlaqələndirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 05 Fevral 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















