Icma.az
close
up
RU
Nəticələr uğurlu olacaqdır! ŞƏRH

Nəticələr uğurlu olacaqdır! ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Son illərdə Azərbaycan siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu cür tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq platformalardakı rolunun artdığını və regional bir mərkəzə çevrildiyini bir daha nümayiş etdirir.
Bu il mayın 17-dən başlayaraq ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP 29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında Möhtərəm Prezident İlham Əliyev cənabları çıxışında bildirdi ki, bu il mənim Sərəncamıma əsasən “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə -Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.
Dövlət Başçısı qeyd etdi ki, Bakıda keçirdikləri bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan Dövlət Başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd etdi. Bildirdi ki, Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq. Şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik. “Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm” söyləyən Möhtərəm Prezident İlham Əliyev diqqəti vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerə - Şamaxıya yönəldərək burada 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən birinin olduğunu vurğuladı. Bununla yanaşı, bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsindən bəhs etdi. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncənin bu gün Bakı kimi inkişaf etdiyini, tarixi simasını qoruduğunu vurğulayan Prezident İlham Əliyev cənabları, həmçinin Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələrin olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda, bildirdi ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.
Hökumətimizin qarşısında duran əsas vəzifələrdən birinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını diqqətə çatdıran Ölkə Rəhbəri bildirdi ki, bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.
Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.
Qeyd edək ki, WUF13 çərçivəsində ilk dəfə olaraq Liderlər Sammitinin keçirilməsi isə rəsmi Bakının həm də ictimai-siyasi məsələlərin müzakirə olunduğu sabit məkan olduğunu əks etdirir. Hazırda dünyanın müxtəlif bölgələrində davam edən kəskin münaqişələr və artan geosiyasi risklər fonunda Azərbaycanın dünyanın fərqli nöqtələrindən dövlət və hökumət başçılarını, yüksək səviyyəli nümayəndələri bir yerə toplaması, onları sabitlik, dayanıqlı inkişaf, həmrəylik platforması ətrafında birləşdirməsi müasir dünya üçün yeni bir nümunə deməkdir.
Bəli, bu gün Azərbaycan ona həvalə edilmiş məsuliyyətli missiyanı uğurla davam etdirir və inanırıq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının nəticələri uğurlu olacaqdır.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see663

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see446

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see317

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see299

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see266

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see257

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see237

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see230

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see228

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see223

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see213

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see183

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see179

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see177

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see175

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see174

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see168

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see167

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see166

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri