Icma.az
close
up
RU
“Nəticəli”, nəticəsiz görüş

“Nəticəli”, nəticəsiz görüş

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İndi söz Ukraynanın və kollektiv Avropanındır

Güman olunduğu kimi, Trampla Putinin Alyaska görüşü rəsmən elan olunmuş əsas məqsədinə çatmadı - Rusiya-Ukrayna müharibəsində atəşkəs barədə razılıq əldə edilmədi. Prezidentlərin hər 2-si müəyyən irəliləyişlərin əldə olunduğunu qeyd etsə də, bu irəliləyişlərin nədən ibarət olduğu aydın deyil.

Görüşdən sonra verilən açıqlamalarda əsas məsələ kimi təqdim olunan atəşkəslə bağlı hər hansı fikrin səsləndirilməməsi, ABŞ Prezidenti Trampın “əsas məsələlər üzrə Rusiya ilə razılaşma yoxdur” sözləri də danışıqların nəticəsiz bitməsinin göstəricisi hesab olunmalıdır.

Putinin dediyi “Ukrayna münaqişəsinin həlli üçün bütün əsas səbəblər aradan qaldırılmalıdır. Rusiya ilə bağlı bütün qanuni narahatlıqlar nəzərə alınmalı, Avropada və ümumilikdə dünyada ədalətli təhlükəsizlik balansı bərpa edilməlidir” fikri diqqəti cəlb edir.

Əsas səbəblər dedikdə, nələrin nəzərdə tutulduğu barədə müxtəlif şərhlər irəli sürmək olar. Bu şərhlərdən biri də bundan ibarət ola bilər ki, Rusiyanın Ukraynaya təcavüzü və müharibənin başlanması daha çox geosiyasi amillərlə - ilk növbədə NATO-nun şərqə doğru genişlənməsi ilə əlaqədardır. Rusiya NATO-nun şərqə doğru genişlənməsini özünün geosiyasi maraqlarına və milli təhlükəsizliyinə təhdid hesab edir və işğal olunmuş Ukrayna ərazisindən təhlükəsizlik zolağı kimi istifadə etmək istəyir.

Ukraynanın və dünyanın ABŞ ilə Rusiya arasında bölüşdürülməsi faktiki baş tutmasa da, Trampın dediyi “biz tam anlaşmaya nail ola bilmədik, razılaşma yoxdur, amma buna çatmaq üçün şansımız var” sözləri prezidentlərin bu məsələyə sonradan bir daha qayıda biləcəklərinə işarə kimi qiymətləndirilə bilər.

Yaxşı ki, bu bölüşdürülmə baş tutmadı. Əks halda Ukrayna öz ərazilərinin bir hissəsini həmişəlik itirərdı. Digər postsovet ölkələrinin milli təhlükəsizliyi üçün də Rusiya tərəfindən ciddi təhdidlər yaranardı.

Lakin bu görüşün tamamilə nəticəsiz bitdiyini demək olmaz. ABŞ ilə Rusiya arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, Arktikanın təbii sərvətlərindən birgə istifadə məsələləri barədə müəyyən fikirlərin səsləndirilməsi görüşdə hər 2 dövlətin iqtisadi və kommersiya maraqlarına üstünlük verməsinin və bu barədə şifahi razılaşmaların olmasının göstəricisi kimi qəbul oluna bilər.

Görüşün ümumi nəticələrinə görə, Putinin qalib olduğunu, Trampın isə məğlubiyyətini öz simasında göstərdiyini deyən ekspertlər haqlıdırlar. Putin ən azı Qərb ölkələrinin neçə illərdir davam edən izolyasiyasından çıxdı. Trampın vəd etdiyi sərt sanksiyalar Putini qorxutmadı. Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı.

İndi söz Ukraynanın və kollektiv Avropanındır.

Qulamhüseyn Əlibəyli, sabiq deputat, siyasi şərhçi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Avqust 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri