Icma.az
close
up
RU
Nevroloq: Enerji içkiləri yalnız gənclərə yox, yaşlılara da ziyan verir

Nevroloq: Enerji içkiləri yalnız gənclərə yox, yaşlılara da ziyan verir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Hər gün enerji içkiləri içirdi

 22 yaşında əlil olub

 Son illərdə enerji içkilərinə maraq xüsusilə gənclər və yeniyetmələr arasında kəskin artıb. Azərbaycanda da bu məhsullar marketlərdə, kafe və iaşə obyektlərində geniş yayılıb və gənclər arasında gündəlik vərdişə çevrilməkdədir. İnsanlar daha çox yorğunluğu aradan qaldırmaq, diqqət və enerji səviyyəsini yüksəltmək məqsədilə bu içkilərə müraciət edir. Lakin uzunmüddətli və həddindən artıq istifadə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Ölkəmizdə və dünyada enerji içkilərinin aşırı qəbulu ilə bağlı ağır tibbi halların artması bu təhlükənin real olduğunu göstərir. Belə hallar, xüsusilə gənclərin orqanizminə ciddi təsir göstərə biləcək və bəzən ömürlük əlilliklə nəticələnə biləcək riskləri ortaya qoyur.

Qeyd edək ki, 6 il ərzində hər gün enerji içkiləri içən 22 yaşlı gənc əlil olub. O, vərdişinə 16 yaşında başlayıb, əvvəlcə gündə bir ədəd enerji içkisindən istifadə edib, lakin tezliklə bu, üçə yüksəlib. Gənc çox vaxt içkiləri boş mədə ilə qəbul edib, gecələr isə kompüter oyununu oynamaq üçün oyaq qalıb. Bir müddət sonra orqanizmi dözə bilməyib. Həkimlərin sözlərinə görə, onun mədəaltı vəzi fəaliyyətini tamamilə itirib və nekroz başlayıb. Bununla yanaşı, qaraciyər və dalaqda ciddi zədələnmə qeydə alınıb, ayaqlarındakı sinirlər demək olar ki, fəaliyyətini itirib. Nəticədə, səhər yatağından qalxa bilməyib. Təcili yardımla xəstəxanaya çatdırılan gəncin vəziyyəti həkimləri də şoka salıb. Hazırda mütəxəssislər onun yenidən yeriyə bilməsi üçün mübarizə aparır, lakin proqnoz hələ ki, ürəkaçan deyil. Həkimlər bildirib ki, uzunmüddətli yüksək kofein qəbulu və gecə-gündüz davam edən gərginlik bədənin enerji ehtiyatlarını azaldaraq belə ağır nəticələrə səbəb ola bilər. Bu hadisə enerji içkilərinin nə qədər təhlükəli ola biləcəyinin növbəti nümunəsi kimi qiymətləndirilir.

Nevroloq Jalə Qarayeva da qeyd edib ki, günün ən böyük problemlərindən biri cavan və yeniyetmələrin enerji içkilərinə olan marağı və onlardan gündəlik istifadəsidir. Həkim Sherg.az-a bildirib ki, cavan və yeniyetmələrlə yanaşı, yaşlı nəslin nümayəndələri də müntəzəm olaraq enerji içkilərindən istifadə edərək sağlamlıqlarına özlərinin də fərqində olmadığı qədər çox ziyan vurmaqdadırlar:

“Enerji içkiləri bir çox xəstəlik və sağlamlıq problemi ilə əlaqəlidir. Bunun əsas səbəbi isə içkilərin tərkibindəki maddələrdir. Ümumdünya Səhiyyə Təşkilatı apardığı araşdırmalar nəticəsində elan edib ki, yüksək miqdarda enerji içkisinin istehlak edilməsinin insan sağlamlığı üçün təhlükə yarada bilər və yaradır da. Xüsusilə, enerji içkilərinin uşaqlar üçün uyğun olmaya biləcəyi ilə bağlı izahatlar və xəbərdarlıqlar olsa belə, günün acı reallıqlardan biri də enerji içkilərini ən çox qəbul edənlərin də məhz uşaqların olmasıdır. Enerji içkilərinin tərkib hissələrindən olan kofeinin həddindən artıq qəbulu ürək döyüntüsü, piylənmə, ürək bulanması, yuxusuzluq, əsəbilik, qusma, yüksək qan təzyiqi, qıcolmalar, zehni sağlamlığın pozulması, nevroloji, metabolik və hətta bəzi hallarda ölüm kimi bir sıra simptomlara səbəb olur. Hətta hamiləlik dövründə qadınlarda uşağın tələf olmasına belə səbəb olur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see183

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see136

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri