Neymar futboldan GEDİR?
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Braziliya futbolunun ən parlaq simalarından biri olan Neymarın peşəkar karyerasını yaxın zamanda başa vurmaq ehtimalı gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hücumçu qarşıdakı dünya çempionatına Braziliya millisinin heyətinə çağırılmayacağı təqdirdə, bu il futbolçu karyerasını bitirməyi ciddi şəkildə nəzərdən keçirir.
Məlumata əsasən, Neymarı futbolda saxlayan əsas və demək olar ki, yeganə məqsəd dünya çempionatında iştirak etmək və titul qazanmaqdır. Futbolçunun son dövrdə zədələrdən sonra keçdiyi intensiv bərpa prosesi, məşqlərdəki yüksək intizamı və şəxsi fədakarlıqları da məhz bu hədəfə yönəlib.
Qeyd edək ki, hazırda 34 yaşında olan Neymar Braziliya millisinin heyətində 128 oyun keçirib və 79 qola imza atıb ki, bu da milli komandanın tarixində rekord göstəricidir. Buna baxmayaraq, təcrübəli hücumçu 2023-cü il oktyabrın 18-dən etibarən millinin formasını geyinməyib.
Hüseyn
Milli.Az
Baxış sayı:129
Bu xəbər 09 Fevral 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















