Neymar karyerasını Santosda davam etdirəcək
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar karyerasını Braziliya təmsilçisi "Santos"da davam etdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat paylaşıb.
Tərəflərin şifahi razılığa gəldiyi və müqavilənin bu həftə imzalanacağı bildirilib.
Daha əvvəl 32 yaşlı ön xətt oyunçusunun "Santos"da çıxış etmək üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılq verdiyi də bildirilirdi. Futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin başa çatmasına təxminən yarım il qalmasına baxmayaraq, artıq bu ay ölkəsinə qayıtmaq niyyətindədir.
Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ildə zədə səbəbindən “Əl-Hilal”da cəmi iki oyuna çıxıb və 42 dəqiqə meydanda olub. Bununla yanaşı, hücumçunun illik qazancı 101 milyon avro təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Yanvar 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















