Neymar Şotlandiya matçında meydana qayıda bilər
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-da ilk oyununa Şotlandiya ilə qarşılaşmada çıxa bilər.
İdman.Biz xəbər verir ki, baş məşqçi Karlo Ançelotti qrup mərhələsinin üçüncü turunda 34 yaşlı futbolçuya bir neçə dəqiqə şans verməyi planlaşdırır. Bu barədə “The Touchline” məlumat yayıb.
Mənbənin iddiasına görə, italiyalı mütəxəssis zədələnən Rafinyanın meydandakı rolunu Neymarın yerinə yetirə biləcəyini düşünür. Ançelotti eyni mövqedə 19 yaşlı Rayanın daha uyğun seçim olub-olmayacağına tam əmin deyil.
Neymar DÇ-2026-nın ilk iki turunda meydana çıxmayıb. O, baldır əzələsindəki zədə səbəbindən Mərakeş və Haiti ilə oyunları buraxıb. Daha əvvəl Ançelotti braziliyalı hücumçunun ümumi qrup məşqlərinə qayıtdığını və Şotlandiya ilə matça hazır ola biləcəyini açıqlayıb.
Qeyd edək ki, Braziliya - Şotlandiya oyunu iyunun 25-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 21 İyun 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















