Icma.az
close
up
RU
Nəzəriyyədən təcrübəyə: Mingəçevir Dövlət Universitetindən turizmdə yeni memorandum

Nəzəriyyədən təcrübəyə: Mingəçevir Dövlət Universitetindən turizmdə yeni memorandum

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avqustun 13-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə "Qafqaz-Qəbələ" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında turizm sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanmasına dair əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi MDU-nun rektoru Anar Eminov və "Qafqaz-Qəbələ" MMC-nin direktoru Şəbnəm Süleymanova imzalayıblar.

Memorandum turizm işinin təşkili, turizm bələdçiliyi, turizm və hotelçilik ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirərək əmək bazarına uyğun rəqabətqabiliyyətli kadrlar yetişdirilməsini, regionun turizm və qonaqlama sektorunda elmi-tədqiqat və innovativ yanaşmaların təşviqini hədəfləyir.

Buna uyğun olaraq rektor A.Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ şəhərində yerləşən "Tufandağ Hotel"də olub. Ziyarət çərçivəsində keçirilən dəyirmi masa görüşündə tərəflər birgə əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Görüşdə tələbələr üçün hotel və digər turizm obyektlərində təcrübə proqramlarının təşkili, otelçilik sahəsində fəaliyyət göstərən mütəxəssislərin universitetdə qonaq müəllim kimi çıxış etməsi, elmi-tədqiqat layihələrinin icrası, yeni xidmət texnologiyalarının tətbiqi üzrə təlimlər, regionun sosial-iqtisadi və turizm potensialının inkişafına yönəlmiş təşəbbüslərdə birgə iştirak məsələləri diqqət mərkəzində olub.

Rektor Anar Eminov bildirib ki, bu əməkdaşlıq tələbələrə nəzəri biliklərini real iş mühitində tətbiq etmək, turizm sektorunun tələblərinə uyğun peşəkar bacarıqlar qazanmaq imkanı yaradacaq. MDU olaraq əsas məqsədimiz məzunlarımızın əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişdirilməsi olduğunu qeyd edən rektor "Qafqaz-Qəbələ" MMC ilə qurulan bu əməkdaşlıq tələbələrimiz üçün geniş praktiki təcrübə imkanları yaradacağına inandığını, onların gələcək karyeralarına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

"Qafqaz-Qəbələ" MMC-nin direktoru Şəbnəm Süleymanova MDU ilə qurulan əməkdaşlığın regionun turizm potensialından səmərəli istifadə, ixtisaslı kadrların hazırlanması və xidmət keyfiyyətinin artırılması baxımından uğurlu addım kimi qiymətləndirib. Peşəkar kadrların yetişdirilməsinə strateji məsələ kimi baxan direktor MDU ilə əməkdaşlığın həm tələbələrə təcrübə imkanı yaradacağını, həm də turizm sektorunda yeni, yaradıcı və bacarıqlı mütəxəssislərin qazanılmasında müstəsna rol oynayacağını bildirib.

Sonra "Qafqaz Riverside Hotel"in maddi-texniki bazası, xidməti imkanları ilə tanış olunub.

Memoranduma əsasən, tərəflər təhsil, təcrübə, elmi-tədqiqat, innovasiya və insan resurslarının inkişafı sahələrində əməkdaşlıq edəcək, birgə seminar, konfrans və karyera tədbirləri təşkil olunacaq. Əməkdaşlığın icrası üçün birgə Koordinasiya Komissiyası yaradılacaq. Turizm işinin təşkili, turizm bələdçiliyi, turizm və hotelçilik ixtisaslarında təhsil alan tələbələrin "Qafqaz-Qəbələ" MMC-yə məxsus hotel və digər turizm müəssisələrində istehsalat təcrübəsi keçməsi təmin ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri