Icma.az
close
up
RU
Nəzəriyyələri sarsıdan zəlzələ: Nəhəng dalğalar ilk dəfə kosmosdan bu qədər aydın izlənildi

Nəzəriyyələri sarsıdan zəlzələ: Nəhəng dalğalar ilk dəfə kosmosdan bu qədər aydın izlənildi

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sakit okeanın şimalında, Rusiyanın Kamçatka yarımadası sahillərində 2025-ci ilin yayında baş verən 8,8 bal gücündə güclü zəlzələ təkcə yer qabığını deyil, okeanoqrafiyada mövcud olan əsas nəzəriyyələri də sarsıdıb. Tarixin ən böyük beş zəlzələsi sırasına daxil olmasa da, böyük enerji buraxan bu təbii hadisə bütün Sakit okeana yayılan sunami dalğasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu fəlakəti unikal edən əsas məqam isə 2022-ci ildə orbitə buraxılan NASA-nın "SWOT" (Səth suları və okean topoqrafiyası) peykinin nəhəng dalğaları ilk dəfə bu qədər aydın və yüksək ayırdetmə qabiliyyəti ilə kosmosdan qeydə alması olub.

"SWOT" peyki okeanın dərinliklərində yerləşdirilən şamandıralarla birgə işləyərək zəlzələnin təxminən 400 kilometrlik qırılma xətti yaratdığını müəyyən edib. Tədqiqatçılar dəniz dibinin bəzi ərazilərdə 4 metrədək qalxdığını aşkar edərək dalğaların hərəkət zamanı necə dəyişdiyini mərhələli şəkildə modelləşdiriblər. 2025-ci ilin noyabrında "The Seismic Record” jurnalında dərc olunan araşdırma peyklərin sunamiləri izləmək və anlama potensialını tamamilə yeni mərhələyə çıxarıb.

İki nəhəng zəlzələ arasındakı sirli əlaqə

Elm adamları bu nəhəng dalğaların yaranma mexanizmini tam anlamaq üçün "NOAA"nın dəniz dibində təzyiq dəyişikliklərini ölçən "DART" sistemi ilə kosmosdan əldə edilən məlumatları birləşdirib. Gelgit təsirlərindən təmizlənmiş dalğa məlumatları sayəsində zəlzələ anında dəniz dibində baş verən dəyişikliklər dəqiq hesablanıb. "SWOT" peyki region üzərindən keçərkən 120 kilometrlik eni əhatə edən zolağı skan edərək sunaminin formasını və sürətini yüksək dəqiqliklə qeydə alıb. Bu məlumatlar dalğanın yüksək sürətlə irəliləməsinə baxmayaraq necə yayılıb zəiflədiyini açıq şəkildə göstərir.

Araşdırmanın ən diqqətçəkən məqamlarından biri bu zəlzələnin 1952-ci ildə eyni fay xəttində baş vermiş 9,0 bal gücündə zəlzələ ilə müqayisə edilməsi olub. Mütəxəssislər 1952-ci ildəki sarsıntının fay xəttindəki bütün gərginliyi boşaltmadığını və qalan enerjinin bu son zəlzələyə səbəb olduğunu müəyyən edib. Bu nəticə nəhəng zəlzələlər arasında yüzlərlə il fasilə olmalı olduğu fikrinə əsaslanan klassik risk modellərini ciddi şəkildə sual altına alır. Müqayisə göstərir ki, əvvəlki zəlzələ dəniz dibinə daha yaxın, sonuncu zəlzələ isə daha dərin qatlarda baş verib. Bu dərinlik fərqi sunaminin səthdəki ölçüsünə birbaşa təsir edərək 2025-ci il dalğalarının 1952-ci ildəkilər qədər dağıdıcı olmamasını təmin edib.

"SWOT" peykinin təqdim etdiyi real vaxt məlumatları gələcəkdə sahilyanı xəbərdarlıq sistemlərinə inteqrasiya edilərək əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər. Kosmosdan gələn bu yüksək dəqiqlikli müşahidələr sunamilərin artıq təkcə fəlakət deyil, əvvəlcədən izlənə və proqnozlaşdırıla bilən hadisələrə çevrilməsinə imkan yaradır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri