Icma.az
close
up
RU
Nibizi Jan Mari: Kolonizasiya dövründən əvvəl insanlar fransız adları daşımırdılar

Nibizi Jan Mari: Kolonizasiya dövründən əvvəl insanlar fransız adları daşımırdılar

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mədəniyyətin məhv edilməsi ilə, xüsusilə Burundidə, mövcud mədəniyyət dağıdıldı. İdarəetmə sistemi məhv edildi və onun yerinə başqa bir idarəetmə gətirildi".

Oxu.Az xəbər verir ki, bunu SHINE (İnteqrasiya, Qonşuluq və Bərabərlik) təsisçisi və icraçı direktoru, dinc münaqişələrin həlli üzrə ekspert Nibizi Jan Mari "Belçikanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi" mövzusunda aparılan müzakirə zamanı deyib.

O bildirib ki, bununla da dil məhv edildi və təhsil sistemində fransız dili məcburi şəkildə tətbiq olundu:

"Yalnız müstəqillik əldə edildikdən sonra Burundi təhsil sistemində dəyişiklik edərək milli dil - Burundi dilini (kirundi) tətbiq edə bildi.

Onlar insanların adlarını da dəyişdirdilər. Kolonizasiya dövründən əvvəl insanlar fransız adları daşımırdılar. Kolonizasiya zamanı "xaç suyuna salınma" adı altında din gətirildi və bu, insanların adlarının dəyişdirilməsinə səbəb oldu. Mövcud adət-ənənələr, xalq müdrikliyi də məhv edildi".

Onun sözlərinə görə, kolonizasiyaöncəsi mövcud olan bir çox sənət və texnika da aradan qaldırıldı:

"Məsələn, Burundi xalqı əvvəllər bugünkü kimi geyinmirdi, bu, Avropadan gətirilmiş bir tərzdir. Bizim paltarlarımız ağac qabıqlarından, heyvan dərisindən hazırlanırdı.

Mən özüm-özümə sual verirəm: əgər bu ənənələr məhv edilməsəydi, indi hansı səviyyədə olardıq?

Bujumburada (iqtisadi paytaxt) bir qadın, bəlkə də bir gənc qız hazırda bu cür geyimləri yenidən tanıtmaqla məşğuldur.

Onlar, həmçinin "samandarit" adlanan bir mədəniyyəti də məhv etdilər.

Samandarit - atalar sözləri kimi olan, lakin uzun illərin həyat təcrübəsini bir cümlədə ifadə edən, həm də yumorla müşayiət olunan deyimlər idi. Bütün bunlar məhv edildi.

Tədqiqatçılar Burundi poeziyasını analiz etdikdə, onun bəzi hissələrinin Volterin və ya La Fontenin əsərlərinə bənzədiyini görüb təəccüblənirlər, halbuki bu xalqın nümayəndələri heç vaxt məktəbə getməmişdilər.

Bunun bugünkü nəticələri də var:

Biz artıq bu hekayələri uşaqlarımıza danışmırıq, onun əvəzində Avropa hekayələri danışırıq.

Mən həmçinin eşitmişəm ki, kolonizasiya dövründə Burundidən 10 000 qədim artefakt oğurlanıb. Dinin təsiri ilə bu artefaktlara "bütpərəstlik", "pis", "şeytani əşyalar" damğası vurulub. Amma mən sual verirəm: əgər bunlar doğrudan da "şeytani" idisə, niyə onları oğurlayıb aparıblar və niyə bu gün geri qaytarmaq istəmirlər?

İkinci məqam - etnik zəmində gərgin və qarışıq münasibətlər.

Bu, bütün region üçün təhlükə yaradır. Bu gün regionda iki təhlükəli ittifaq mövcuddur. Mən indi birincisini izah edəcəyəm: Ruanda, Uqanda və Keniya ittifaqı.

Keniya hələ də üsyançı qrupların görüşlərini qəbul etməyə razıdır. Bu isə dövlətlər arasında şübhə, qorxu və inamsızlıq yaradır.

Qonşu ölkələr - Ruanda, Konqo Demokratik Respublikası və Burundi arasında etimadsızlıq, gizli ittifaqlar və dolayı müharibələr (xüsusilə Konqonun şərqində 30 ildir davam edən müharibə) vəziyyəti daha da gərginləşdirib. Bu müharibə milyonlarla insanın həyatına son qoyub.

Hazırda Konqo Respublikası və onun prezidenti bu hadisələri soyqırımı kimi qiymətləndirirlər.

Birləşmiş Millətlər Təşkilatının xəritələşdirmə hesabatına və doktor Denis Makvegenin sözlərinə görə, 6 milyondan çox insan öldürülüb.

Ona görə də mənim dediklərim etnik zəmində qurulan bir rejimlə bağlı deyil. Mənim üçün belə bir rejim mövcud deyil".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri