Icma.az
close
up
RU
Nigar Arpadarai: Xəzər dənizinin iqlim dəyişikliklərinin təsirlərinə həssaslığı hər gün müşahidə edilir

Nigar Arpadarai: Xəzər dənizinin iqlim dəyişikliklərinin təsirlərinə həssaslığı hər gün müşahidə edilir

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzər dənizinin iqlim dəyişikliklərinin təsirlərinə həssaslığı hər gün müşahidə edilir.

Bunu BMT-nin COP29-da İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" adlı forumda deyib.

Onun sözlərinə görə, Xəzər dənizi Azərbaycan və region üçün həyati əhəmiyyətli bir sərvətdir:

"Çünki sahilyanı dövlətlərin ən böyük təbii ehtiyatıdır, biomüxtəlifliyimizi, iqtisadiyyatımızı və icmalarımızı dəstəkləyir. Bir tərəfdən, Xəzər dənizi nəqliyyat qovşağıdır, bir sıra beynəlxalq nəqliyyat marşrutlarının bir hissəsidir. Digər tərəfdən, Xəzər dənizi ətraf ölkələr üçün biomüxtəliflik mənbəyi, bu dövlətlərin iqlim sistemləri və ekosisteminin çox vacib hissəsidir".

N.Arpadarai Xəzər dənizinin qapalı dəniz olduğundan ekoloji tarazlığının çox asanlıqla pozulmasına da toxunub:

"COP29 kontekstində qlobal, regional və milli gündəmlər var. Xəzər dənizi ətrafındakı ölkələrin birləşməsi, ümumi baxış və iqlim gündəliyinin müəyyənləşdirilməsi üçün fürsət var. Əgər hər şeyi düzgün etsək, təkcə iqlimə və ətraf mühitə deyil, həm də iqtisadiyyata müsbət təsir göstərəcəyik. Qeyri-dövlət subyektlərinin, o cümlədən universitetlərin Xəzər dənizinin iqlim davamlılığına nail olmağa kömək edəcək davamlı həllər hazırlamaqda rolu həyati əhəmiyyət kəsb edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see126

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see126

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see125

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see124

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see124

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see120

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see119

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see118

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see118

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see117

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see117

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see117

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see115

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see115

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see114

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see114

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see112

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri