Azərbaycanın hərbi qulluqçusu İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 noyabr, AZƏRTAC
İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində 36-cı NATO Regional Əməkdaşlıq Kursunun (NRCC-36) buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Ordusunu təmsil edən ədliyyə polkovnik-leytenantı Emil Qasımov strateji səviyyəli tədris proqramını müvəffəqiyyətlə başa vuraraq diplomla təltif olunub.
Kurs müddətində peşəkarlıq və akademik fəallıq nümayiş etdirən zabitimiz strateji düşünmə, tənqidi təhlil və kollektiv qərarvermə bacarıqları ilə fərqlənib. O, müzakirələr və tapşırıqların icrasında xüsusi təşəbbüsləri ilə ölkəmizi təmsil edib.
Kollec rəhbərliyinin yekun rəyində çoxmillətli mühitdə səmərəli əməkdaşlığı və akademik müzakirələrə töhfələri vurğulanan ədliyyə polkovnik-leytenantı E.Qasımovun "NATO ilə Qafqaz regionu arasında təhlükəsizlik tərəfdaşlığı" mövzusunda hazırladığı elmi iş yüksək qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















