Icma.az
close
up
RU
Nigar Fərhaddan soraq yoxdur Baş Prokurorluq və DİN də bu barədə nə deyirlər?

Nigar Fərhaddan soraq yoxdur Baş Prokurorluq və DİN də bu barədə nə deyirlər?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Müştərilərin şikayətləri ilə diqqət mərkəzinə düşən “Aid-Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad gündüz çıraqla axtarılır.

Şirkət artıq fəaliyyətini dayandırdığını bildirib və bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.

Elanda fəaliyyətin müvəqqəti dayandırıldığı, iş prosesi bərpa olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub. pizza hut

Şikayətçilərin iddiaları və şirkətin fəaliyyətini dayandırması fonunda hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı araşdırma aparıb-aparmadığı hələlik məlum deyil.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi və Baş Prokrorluqdan bildirilib ki, məsələ onlara aid deyil.

Xatırladaq ki, son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda “Aid-Group”la bağlı çoxsaylı şikayətlər yayılıb.

Vətəndaşlar xaricdə təhsil proqramları üçün şirkətə minlərlə manat ödəniş etdiklərini, lakin vəd olunan xidmətləri ala bilmədiklərini iddia edirlər. Onların sözlərinə görə, müqavilə öhdəlikləri yerinə yetirilməyib, şirkətlə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb.

Bununla yanaşı, “AID Group”un daxil olduğu “AID Language Center” MMC ilə bağlı maliyyə məlumatları da diqqəti cəlb edib. Hazırda “passiv” statusda olan şirkətin dövlətə 3 277 manat vergi borcu var.

Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 2, mənzil 44 göstərilir.

Şirkətin qanuni təmsilçisi isə aparıcı Nigar Fərhadın anası Arzu Hidayət qızı Əliyevadır.

N.Fərhadın hazırda harada olduğu bilinmir. O nə telefon zənglərinə cavab verir, nə də mövzuya dair bəyanat yayır.

Xatırladaq ki, aparıcının qızı ABŞ-də təhsil alır.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 İyul 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri