Icma.az
close
up
RU
Nigar Fərhadın şirkətindən ŞİKAYƏT “Xaricdə təhsil adı ilə pulumu aldılar, geri vermirlər” FOTOFAKT

Nigar Fərhadın şirkətindən ŞİKAYƏT “Xaricdə təhsil adı ilə pulumu aldılar, geri vermirlər” FOTOFAKT

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Son illər xaricdə təhsil almaq və işləmək istəyənlərin sayı durmadan artır. Təbii ki, bu maraq işbazları da hərəkətə gətirir. Təsadüfi deyil ki, son vaxtlar bir çox vətəndaşlar belə işbazların qurbanına çevrilib.
Həmin şəxslərdən biri də Xırdalan şəhər, Heydər Əliyev prospekti 188 ünvanında yaşayan Kamil Həsənlidir.
 

MÖVZU İLƏ BAĞLI:
Xaricə getmək istəyirdi, 2500 manat ziyana düşdü – “PRYM Academy”dən ŞİKAYƏT – FOTO


O, başına gələnlərlə bağlı Bizim.Media-ya müraciət edib.
Kamil Həsənlinin sözlərinə görə, 31 mart 2025-ci il tarixində internet resurslarından tapdığı məlumat əsasında, xalası oğlu Kamran Həsənov onun adından ”AİD Language center” MMC-nin rəhbəri Nigar Fərhadla müqavilə bağlayıb:
“Müqavilə əsasında, xaricdə təhsil almağım üçün 3400 manat məbləğində pul ödədik. Müqavilə xalam oğlu ilə bağlanıb, imza atılıb, amma pulu mən ödəmişəm və müqavilə bağlayan qarşı tərəf məni xaricə oxumağa göndərəcəyini vəd edib. Onlar izah etdilər ki, yaşım az olduğuna görə mənimlə müqavilə bağlamadılar.
Mənim bütün sənədlərim əvvəlcədən onlara təqdim edilmişdi. Ödəniş tam şəkildə nağd həyata keçirilmişdi. Mənə bu MMC-də Jalə, Samir və Gülay adlı şəxslər vəd verirdilər ki, Almaniyada peşə təhsili alacam. Üstəlik dedilər ki, Almaniyada peşə öyrənməklə bərabər hər ay 1000 avro təqaüd veriləcək, yaşamaq yeri ilə təmin olunacam və s. Bütün bu vədlərə inanıb 3400 manat ödədim.
Təəssüf ki, 3 ay ərzində mənə verilən vəd icra olunmadı və 9 illik attestatımın xaricdə təhsil üçün yetərli olmadığı bildirildi. Hansı ki, sənədlər əvvəlcədən MMC-yə təqdim edilmişdi”
Şikayətçi deyir ki, gec də olsa, aldadıldığını dərk edib:
“Bu ilin iyulunda pulumu geri istədim, lakin mənim tələblərim cavabsız qaldı. Hələ də pulumu geri qaytarmayıblar. 30 avqust 2025-ci il tarixində pulumu almaq üçün yenidən Kamran MMC-nin sahibi Nigar xanımla görüşdüm. Bu dəfə də mənə 26 sentyabr tarixinədək pulun veriləcəyi bildirilib. Lakin hələ də ödəniş həyata keçirilməyib”.
Məsələ ilə bağlı ”AİD Language center” MMC-nin rəhbəri Nigar Fərhad və şirkətin digər əməkdaşları ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Qarşı tərəf zənglərimizə cavab vermədi.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.


Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri