Icma.az
close
up
RU
Aparıcı Nigar Fərhadın rəhbəri olduğu mərkəzə qarşı dələduzluq İDDİASI ŞİKAYƏT KONKRET

Aparıcı Nigar Fərhadın rəhbəri olduğu mərkəzə qarşı dələduzluq İDDİASI ŞİKAYƏT KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kanal S”də “Sözün bitdiyi an” verilişinin aparıcısı kimi tanınan Nigar Fərhadın rəhbəri olduğu “AID Language Center” MMC ilə bağlı dələduzluq iddiası var.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, vətəndaş Kamil Həsənli Azad İstehlakçılar Birliyinə müraciət edərək məsələnin ictimailəşdirilməsini xahiş edib.

Kamil Həsənlinin sözlərinə görə, 31 mart 2025-ci il tarixində internet resurslarından tapdığı elan əsasında xalası oğlu Kamran Həsənovun vasitəsilə “AID Language Center” MMC-nin əməkdaşı Gülay Məmmədova ilə müqavilə imzalayıb.

Müqavilə Kamil Həsənlinin yaşının az olmasına görə onun xalası oğlunun adı ilə bağlanıb. Lakin ödənişi – 3 400 manat məbləği Kamil Həsənli özü edib.

Müqaviləyə əsasən, qarşı tərəf onu xaricdə təhsil almaq üçün göndərəcəyini vəd edib. Kamil Həsənlinin sözlərinə görə, bütün sənədlər əvvəlcədən MMC-yə təqdim olunub, ödəniş isə tam şəkildə nağd həyata keçirilib. Şirkətin digər əməkdaşları – Jalə, Samir və Gülay ona Almaniyada peşə təhsili veriləcəyini, təhsil müddətində ayda 1000 avro ödənəcəyini və yaşayış yeri ilə təmin olunacağını bildiriblər. O da bu vədlərə inanaraq 3400 manat ödəyib.

Lakin 3 ay ərzində müxtəlif bəhanələrlə vaxt uzadılıb, nəticədə, Kamil Həsənliyə 9 illik attestatının xaricdə təhsil üçün yetərli olmadığı bildirilib. Halbuki sənədlər əvvəlcədən təqdim olunmuşdu. O bu ilin iyulundan pulunun geri qaytarılmasını tələb etsə də, müraciətlərinə cavab verilməyib.

Məsələ ilə bağlı xalası oğlu Kamran Həsənov dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, nəticə əldə olunmayıb.

30 avqust 2025-ci ildə isə Kamil Həsənli ilə birlikdə MMC-nin sahibi Nigar Fərhadla görüşərək, pulun 26 sentyabradək qaytarılacağı barədə vəd alıblar.

Pulu alınıb, lakin qarşılığında heç bir vədi yerinə yetirilməyən Kamil Həsənli Azad İstehlakçılar Birliyinə müraciət edərək məsələnin ictimailəşdirilməsini xahiş edib.

O hesab edir ki, belə hallar digər şəxslərin də aldadılmasına səbəb ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Sentyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri