Nigar Fərhadla bağlı tədbir görüləcək RƏSMİ AÇIQLAMA
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
“Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub.
Tribunainfo.az-ın məlumatına görə, onun efirdə səsləndirdiyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb.
N. Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib.
Məsələ ilə bağlı Audiovizual Şura açıqlama yayıb:
“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq. Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir”.
Qeyd edək ki, aparıcı etirazla qarşılanan çıxışından sonra sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib: “Fikirlərimin şəhid qızları ilə əlaqəsi yoxdur. Allah mənə övlad nəsib edərsə, istəyərəm ki, ocağıma şəhid qızımız nəsib olsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 31 Mart 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















