Icma.az
close
up
RU
Kitab evinin rəhbərindən nazirliyə etiraz “Kitablarımı müsadirə ediblər, haqqımı tələb edirəm!”

Kitab evinin rəhbərindən nazirliyə etiraz “Kitablarımı müsadirə ediblər, haqqımı tələb edirəm!”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Əli və Nino” Kitab Evinin rəhbəri Nigar Köçərli sosial şəbəkədə paylaşdığı statusda Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzini sərt tənqid edib. O bildirib ki, mərkəz sahibkarların fəaliyyətinə süni maneələr yaradır, kitab idxalı zamanı əsassız şəkildə əlavə xərclər tələb olunur.

N. Köçərlinin sözlərinə görə, İngiltərədən özəl sifarişlə gətirdiyi, dəyəri 1000 manat olan kitablar üçün mərkəz ondan 1900 manatlıq “sertifikat” ödənişi alıb. Bundan əlavə, 500 manatlıq ən bahalı kitablar “ekspertiza” adı ilə müsadirə edilib və geri qaytarılmır. 

“Müştəri öz kitabını tələb edir, amma mən ona nə deyim? Kitab əvəzinə heç kəsə lazım olmayan sertifikat təqdim etməliyəm?”, – deyə o, narazılığını ifadə edib.

Kitab evinin rəhbəri qeyd edib ki, təkcə son ay ərzində bu mərkəzin fəaliyyəti səbəbindən 2600 manat zərərə düşüblər. Onun sözlərinə görə, süni yaradılan problemlər gömrükdə yubanmalara və əlavə saxlama xərclərinə gətirib çıxarır. Bundan başqa, yalnız “sertifikat” üçün 3100 manat ödədiklərini və bir çox kitabların müsadirə olunduğunu vurğulayıb.

Nigar Köçərli həmçinin mərkəzin rəisi Aris Rüstəmov, müavini Famil, əməkdaşları Pərvanə və Həcərlə görüşdüyünü, onlardan kitabların geri qaytarılacağına dair vəd aldığını, lakin sonradan yenidən get-gələ salındığını açıqlayıb. Onun sözlərinə görə, indi yeni gələn sifariş üçün əlavə 300 manat və bahalı kitabın “müsadirəsi” tələb olunur.

Nigar Köçərli məsələni ictimailəşdirməyə məcbur qaldığını bildirərək, kitablarının geri qaytarılmasını tələb edib.

Rasim Əliyev
“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri