Icma.az
close
up
RU
Nigar Məmmədova: MDB məkanında işbirliyi inteqrasiya, sabitlik və etimadın formalaşdırılması baxımından institusional baza təqdim edir

Nigar Məmmədova: MDB məkanında işbirliyi inteqrasiya, sabitlik və etimadın formalaşdırılması baxımından institusional baza təqdim edir

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən həftə Sankt Peterburqda 4-cü Beynəlxalq “Moda Birliyi” Forumu keçirilib.

APA xəbər verir ki, forumda Azərbaycanı Milli Məclisin deputatları Nigar Məmmədova və Tamam Cəfərova təmsil edib.

Forumun əsas məqsədi beynəlxalq peşəkar dialoqu inkişaf etdirmək və konkret biznes layihələri başlatmaqdır.

Forumda iştirak edən yüngül sənaye və yaradıcı sənaye nümayəndələrinin həmçinin Federasiya Şurasının sədri və MDB Parlament Assambleyası Şurasının sədri Valentina Matviyenko ilə də görüşü olub. MM-in deputatı Nigar Məmmədova MM-in spikeri Sahibə Qafarovanın salamlarını çatdırıb. O bildirib ki, MDB məkanında işbirliyi ölkələrin daha dərin inteqrasiyasına, sabitlik, etimad və inkişafdan ibarət ümumi məkanın formalaşdırılmasına şərait yaradan möhkəm institusional baza təqdim edir. Deputat MDB-nin mədəni və gənclər gündəliyinin formalaşmasında modanın roluna toxunub. Bildirib ki, moda — mədəni diplomatiyanın, yumşaq gücün və humanitar əməkdaşlığın ən təsirli alətlərindən biridir.

Forum çərçivəsində MDB Parlamentlərarası Assambleyasının baş katibi Dmitri Kobitski ilə Azərbaycan nümayəndə heyəti arasında görüş də baş tutub. N.Məmmədova MDB Parlamentlərarası Assambleyasının otuz ildən çoxdur ki, aktual məsələlərin müzakirəsi, dövlətlərarası proqramların həyata keçirilməsi və iştirakçı ölkələrin milli qanunvericiliklərinin yaxınlaşdırılmasına töhfə verən model qanunların hazırlanması üçün effektiv mexanizm kimi özünü doğrultduğunu bildirib.

Tərəflər Parlamentlərarası Assambleya daxilində qarşılıqlı fəaliyyət məsələlərini və parlament əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər. Görüşdə Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini və Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası yanında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov da iştirak edib.

IV Beynəlxalq “Moda Birliyi” forumu çərçivəsində keçirilən “MDB-də yüngül sənaye və yaradıcı sənaye sahələrində dövlət dəstəyi tədbirləri” mövzusunda dəyirmi masada isə MDB ölkələrindən və biznes birliklərindən nümayəndələr sənayenin dayanıqlı, rəqabətli olmasının yollarını müzakirə ediblər. Azərbaycan nümayəndələri diqqəti əsasən ölkədə mövcud olan yüngül sənaye və yaradıcı sənaye sahələrinə dəstəyə yönəldiblər. Nigar Məmmədova xüsusilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa toxunaraq, bu kontekstdə Azərbaycanla dost Özbəkistanın işğaldan azad olunmuş ərazilərdə birgə reallaşdırdığı layihələrin əhəmiyyətini qeyd edib. N.Məmmədova həmçinin süni intellekt və rəqəmsallaşmanın moda sənayesinin inkişafına təsirlərinə toxunub. Süni intellekti yüngül sənayenin inkişafında inklüzivliyi təmin edən vasitə kimi dəyərləndirib.

Plenar iclasda isə “Moda sosial imkanlar məkanı kimi: İnklüzivlik, Məşğulluq və Humanitar Əməkdaşlıq” mövzusunda çıxış edən Nigar Məmmədova yaradıcı sənaye sahələrinin qadınların liderə çevrildiyi və əlilliyi olan insanların iş və yaradıcılıq üçün yeni imkanlar qazandığı azsaylı sahələrdən biri olduğunu vurğulayıb. O, adaptiv geyim istehsalının həyat keyfiyyətini yaxşılaşdırdığını və parlamentlərin bu cür təşəbbüsləri əlçatanlıq standartları, istehsalçıları dəstəkləmək üçün tədbirlər və təhsil proqramları vasitəsilə dəstəkləyə biləcəyini qeyd edib.

N. Məmmədova qeyd edib ki, kreativ sənayelər nadir sahələrdən biridir ki, burada qadınlar rəhbər olur, brend yaradır, sahibkara çevrilir, gənclər özünü ifadə etmək üçün geniş imkan tapır, əlilliyi olan şəxslər işə, sənətə və cəmiyyətə inteqrasiya olunur, çevik iş modelləri sosial inklüzivliyi gücləndirir: “Bu, yalnız iqtisadiyyat deyil. Bu, sosial mobillik, yeni imkanlar və real inklüzivlik deməkdir.”

Deputat modanın inklüziv cəmiyyətin qurulmasındakı roluna toxunub. Bildirib ki, inklüziv moda — trend deyil. Bu, cəmiyyətin yetkinlik səviyyəsidir: “Əlilliyi olan bir insan rahat, funksional və estetik geyim əldə edəndə — bu, həyat keyfiyyətinin yüksəlməsidir. Burada söhbət təkcə modadan getmir. Söhbət ləyaqətdən, bərabər olmaq hüququndan gedir. Cəmiyyətin bir parçası olduğunu hiss etməkdən gedir.”

MDB məkanında humanitar əməkdaşlıq çərçivəsində parlamentlərin roluna diqqət çəkən deputat bildirib ki, sosial yönümlü kolleksiyalar yaradan istehsalçıların dəstəklənməsi, keyfiyyət və əlçatanlıq standartlarının müəyyən edilməsi, gənclər və əlilliyi olan şəxslər üçün təhsil imkanlarının yaradılması, MDB ölkələri arasında humanitar əməkdaşlığın gücləndirilməsində ali qanunverici orqanların rolu vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri