Icma.az
close
up
RU
“Azərbaycan Gürcüstan münasibətləri regional təhlükəsizlik baxımından vacib rol oynayır” Nigar Məmmədova

“Azərbaycan Gürcüstan münasibətləri regional təhlükəsizlik baxımından vacib rol oynayır” Nigar Məmmədova

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münasibətləri inkişaf etdirməkdədir. Gürcüstan da rəsmi Bakının regionun təhlükəsizliyi və inkişafı ilə bağlı mövqeyini dəstəkləyir. Bu ölkənin baş naziri İrakli Kobaxidzenin yeni keçirilmiş parlament seçkilərindən sonra ilk səfərini məhz Azərbaycana etməsi ikitərəfli münasibətlərin əsl mahiyyətini açmağa imkan verir". 

Lent.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev də İ.Kobaxidze ilə görüşdə bu məqamı xüsusi vurğuladı və bildirdi ki, “parlament seçkilərindən sonra ilk səfərin ölkəmizə edilməsi təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.

"Yeri gəlmişkən, Gürcüstanda seçkilər Qərbdən davamlı təzyiqlər fonunda baş tutdu. Gürcü cəmiyyətini parçalamaq məqsədilə müxtəlif vasitələrə əl atıldı. Lakin Azərbaycan və Gürcüstan liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən,  qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi. Gürcüstan da bu seçkilərdə öz gələcəyini, milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini və inkişafını qorudu.
Gürcüstan hökumət başçısı da öz növbəsində Bakıda bəyan etdi ki, bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir. İ.Kobaxidzenin Azərbaycan Prezidenti haqqında “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz” söyləməsini isə Azərbaycanın regionda lider kimi qəbul olunmasının növbəti nümunəsi hesab etmək olar.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, çiçəklənmənin və inkişafın sütunlarıdır. Bu iki ölkə regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti, ləyaqəti, tarixi irsi qoruyur.
Hər iki ölkə inklüziv regional əməkdaşlıq və inkişaf naminə atılan addımların tərəfdarıdır.
Dövlət başçımız da Gürcüstan-Azərbaycan əlaqələrini bütün qonşular üçün nümunə kimi dəyərləndirdi.
Ölkələrimiz arasında eyni zamanda iqtisadi sahədə də yaxşı nəticələr əldə olunub. Belə ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub ki, bu da uğurlu iqtisadi siyasətin nəticəsidir.
Liderlərin görüşündə əsas müzakirələrdən biri də Orta dəhlizlə bağlı oldu. Prezident İlham Əliyevin də söylədiyi kimi, “böyük coğrafiyanı əhatə edən bu layihədə yenə də Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”. 
Azərbaycan-Gürcüstan eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. İstər XİN-lərarası siyasi məsləhətləşmələr, istərsə də iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları uğurla fəaliyyət göstərir. Bu vaxta qədər iki ölkə arasında 123 sənəd imzalanıb.
İkitərəfli əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin də mühüm rolu var. Ümumiyyətlə, yüksəksəviyyəli qarşılıqlı səfərlər iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Bir sözlə, Azərbaycan-Gürcüstan münasibətləri regional təhlükəsizlik baxımından vacib rol oynayır. Bu məsələdə Bakı ilə Tbilisin maraqları üst-üstə düşür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri