Icma.az
close
up
RU
Nigar Məmmədova: Öndərin qətiyyəti və iradəsi sayəsində müstəqilliyin ilk illərində mövcud olan bütün təhlükələrin qarşısı alındı Yeni Gündəm

Nigar Məmmədova: Öndərin qətiyyəti və iradəsi sayəsində müstəqilliyin ilk illərində mövcud olan bütün təhlükələrin qarşısı alındı Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Dekabrın 9-da Hərbi Prokurorluqda dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

”Yeni Gundem” xəbər verir ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, böyük insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən əvvəl mərasim iştirakçıları nəhəng şəxsiyyətin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

Deputatın Ulu Öndər Heydər Əliyevin vəfatının 21-cildönümü ilə bağlı keçirilən anım mərasimindən çıxışını təqdim edirik:

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anım günündə böyük şəxsiyyətin əziz xatirəsini dərin ehtiram hissi ilə yad edir. Ümummilli lider taleyini Azərbaycanın taleyindən ayırmırdı, ömrünün mənasını xalqa xidmətdə görürdü.
Məhz Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində müstəqilliyin ilk illərində mövcud olan bütün təhlükələrin qarşısı alındı. Azərbaycan sabitlik, dayanıqlı inkişaf dövrünə qədəm qoydu. Həyata keçirilən islahatlar, atılan önəmli addımlar Azərbaycanın bugünkü inkişafı üçün real zəmin yaratdı. Yeni Konstitusiyanın qəbulu ilə siyasi varislik və milli-mənəvi dəyərlərə əsaslanan hüquqi-demokratik dövlət quruculuğu prosesi start götürdü. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkəmizin səsi ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından eşidilməyə başladı. Məhz Heydər Əliyev dühası Azərbaycanı imzalar içində imzası olan qüdrətli bir ölkəyə çevirdi.
Dövlət quruculuğuna və idarəetməyə xüsusi yanaşan Ulu Öndərin hakimiyyəti dövründə dövlət idarəçiliyinin bütün sahələrində hərtərəfli islahatlara təkan verildi, struktur dəyişikliyi aparıldı, normativ hüquqi baza formalaşdırıldı. Bu uğurlu strategiyanın nəticəsində hüquq-mühafizə orqanları da dövlətçilik ideyalarına sadiq, milli ənənələrə və beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirildi. Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, “dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir.”
Təsadüfi deyil ki, ümummilli liderin hakimiyyəti dövründə bütün hüquq-mühafizə orqanları kimi milli prokurorluq orqanlarının inkişafında da yeni mərhələ başladı. Belə ki, prokurorluq orqanları tam təkmilləşdirilərək sivil bir təsisata çevrildi. Şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan kadr islahatları aparıldı.
Ümummilli lider bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoydu. Onun başlatdığı bu müqəddəs və şərəfli missiya prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyada baş verən geosiyasi gərginliklərə rəğmən, Azərbaycan uzun illərdir təhlükəsizlik adasına çevirilib. Ötən ay ölkəmizin ev sahibliyi etdiyi BMT-nin nüfuzlu COP29 beynəlxalq iqlim konfransı da tam təhlükəsiz şəraitdə baş tutdu. 197 ölkədən 76 mindən çox insanın qatıldığı nəhəng platformada hər hansı riskli vəziyyət yaranmadı. Bu, ölkəmizin uğurlu ev sahibliyi təcrübəsi ilə yanaşı, həm də hüquq-mühafizə orqanlarının məsuliyyətli işinin nəticəsi idi.
Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycan Ulu Öndərin arzuladığı, görmək istədiyi Azərbaycandır. Ümummilli liderin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bizi dövlət və xalq olaraq bütün hədəflərimizə çatdırır, müstəqilliyimizi əbədi və dönməz edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 10 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see284

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see243

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see232

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see213

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see186

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see181

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see175

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see169

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see152

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see151

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see150

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see147

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see147

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see144

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see143

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see143

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see140

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see137

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see135

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri