Icma.az
close
up
RU
İRİA nın təşəbbüsü ilə 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

İRİA nın təşəbbüsü ilə 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən ölkədə innovasiya ekosisteminin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Agentliyin təşəbbüsü ilə 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub”.

AZƏRTAC-a xəbər verir ki, bu barədə İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib. Onun sözlərinə görə, bu proqramlar çərçivəsində “Global Innovation Institute” tərəfindən təqdim edilən 45 beynəlxalq sertifikat əldə edilib, ümumilikdə 98 startap mentoru hazırlanıb:

“Agentliyin dəstəyi ilə hazırda Azərbaycanda 6 innovasiya mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər 5000-dən çox ideyanın formalaşmasına və müxtəlif inkişaf proqramlarına yönləndirilməsinə şərait yaradıb. Sözügedən ideyalardan 6-sı Agentlik tərəfindən seçilərək beynəlxalq platformalara çıxarılıb”.

Agentliyin dəstəklədiyi innovasiya proqramlarına 2025-ci il ərzində 5436 müraciət daxil olub. Bunlardan 1860 nəfər proqramlarda iştirak edib və bu proseslər nəticəsində 478 startap formalaşıb.

Qeyd olunub ki, İRİA-nın fəaliyyəti beş əsas istiqaməti əhatə edir. Bunlar infrastruktur və qanunvericilik, maliyyə əlçatanlığı, bazara çıxış imkanları, istedadlıların inkişafı və innovasiya mədəniyyətinin formalaşdırılmasıdır.

Son illər ərzində dörd innovasiya mərkəzi yaradılıb. Həmin mərkəzlər Naxçıvan və Gəncə şəhərlərində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, eləcə də ADA Universitetinin nəzdində fəaliyyət göstərən “Andersen Lab Center”də yerləşir və agentlik tərəfindən dəstəklənir.

Bildirilib ki, milli innovasiya ekosisteminin formalaşdırılması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə işlər aparılır və bu sahədə bir sıra qanunvericilik təşəbbüsləri nəzərdə tutulur. Eyni zamanda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) xətti ilə Azərbaycanda regional innovasiya və akselerasiya mərkəzi yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 04:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri