Icma.az
close
up
RU
Kişilərin hörməti daha da artır: Valideynlik hüquqları güclənir

Kişilərin hörməti daha da artır: Valideynlik hüquqları güclənir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qanun layihəsi cəmiyyət tərəfindən dəstəklənir, valideynlərin fəal iştirakı uşağın inkişafını təmin edəcək 

"Aliment Fondunun yaradılması çox vacibdir". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib. O qeyd edib ki, Aliment Fondunun yaradılması dünyada mövcud olan bir modeldir: "Müqayisə etdikdə görünür ki, bu, dövlət büdcəsinə heç də problem yaratmayan məsələdir". Komitə sədri qeyd edib ki, təqdim olunan qanun layihəsi hər bir vətəndaşın əmək hüquqlarının qorunmasına xidmət edir: "Sənədi 3 əsas istiqamət üzrə nəzərdən keçirmək olar. Bunlar ilk növbədə mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan dəyişikliklər, əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi tənzimləmələrin tətbiqi, müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə daxil edilməsidir. Əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi normaların yaranması artıq bir zərurət idi. Əlbəttə ki, layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, ailə vəziyyətindən asılı olmayaraq özünü inkişaf etdirməsi, iş və ya ailə həyatı arasında balansın qorunması hər bir vətəndaşın haqqıdır. Bu baxımdan müzakirəyə çıxardığımız qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir". 

"Bu, kişini hörmətdən salmır”

Komitə sədri vurğulayıb ki, qanun layihəsi ailə institutunun möhkəmləndirilməsi, vətəndaşın əmək hüququnun qorunması, ailənin sosial müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır. Təqdim olunan layihədə isə bu məzuniyyət ödənişli olacaqdır. Burada məqsəd nədən ibarətdir? Məlumdur ki, qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sıra sosial-psixoloji çətinliklər yaşayır. Bir çox ailələrə digər ailə üzvləri, məsələn, ana, qayınana və ya digər qohum kömək edə bilmir. O zaman yeni ana olmuş qadına və körpə uşağa yardım edən, onların qayğısına qalan kişi olur. Kişinin bir həyat yoldaşı və ata olaraq ailəyə dəstək olması, onların qayğısına qalması çox vacibdir. Bu, kişini hörmətdən salmır, əksinə, ona olan etibarı, hörməti daha da artırır. Bizə müraciətlər olur, ailə münaqişələri ilə bağlı, boşanmalarla bağlı. Biz səbəbləri təhlil edərkən, görürük ki, bir çox problemlər həmin dövrə təsadüf edir. Elə, araşdırmalar da göstərir ki, belə bir məzuniyyətin tətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakı həm ailədaxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Bir çox ölkələrin əmək qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də qadınlar üçün güzəştlər, imtiyaz və əlavə təminatlar, həmçinin, qadınlar üçün müəyyən məhdudiyyətlər də nəzərdə tutulur.

"Ailənin qayğıları ya qadının, ya da kişinin üzərinə düşür"

H.Hüseynova bildirib ki, layihəyə daxil edilən anlayışlardan biri də “ailə vəzifələri olan işçi” anlayışıdır: "Ailə institutunun möhkəmləndirilməsi baxımından bu dəyişikliyi xüsusilə qeyd etmək istəyirəm. Biz ailələrimizin güclü və dayanıqlı, uğurlu olması üçün elə şərait yaratmalıyıq ki, insan iş ilə ailə arasında seçim etməsin. Ailələr müxtəlifdir. Elə ailələrimiz var ki, orada davamlı baxıma ehtiyacı olan uşaqlar böyüyür, xəstə valideynlər var. Ya da ailə təkvalideynli ailədir. Və bu ailənin qayğıları ya qadının, ya da kişinin üzərinə düşür". H.Hüseynova qeyd edib ki, belə insanların əmək hüquqlarının qorunması və ailədə rahatlığın təmin olunması üçün imkanlar yaradılmalıdır: "Yəni qanunvericilik ailə məsuliyyəti daşıyan şəxsləri dəstəkləməli, onların həm iş, həm də ailə öhdəliklərini balanslı şəkildə yerinə yetirməsinə şərait yaratmalıdır. Ailə vəzifələrinin bölüşdürülməsi qadın və kişilərin öz potensialından istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir".

"Bu şəxslərin əmək müqaviləsinə xitam verilməsi cinayət məsuliyyəti yaradır"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, ailə vəzifəsi olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinin cinayət məsuliyyəti yaratması təklif edilib. Şöbə müdiri qeyd edib ki, Cinayət Məcəlləsinin 164-cü maddəsinə bu barədə dəyişiklik edilə bilər: "Hazırkı qüvvədə olan qanuna görə, hamilə olduğuna və ya himayəsində 3 yaşına qədər övladı olan qadınlar, 3 yaşına qədərki övladını təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi cinayət məsuliyyəti yaradır. Bunu “ailə vəzifələri olan işçilər” ifadəsi ilə əvəz edə bilərik". O qeyd edib ki, əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına bir hal da əlavə edildi: "Fərdi məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndiriləcək və buna yol vermək işçilərlə əmək müqaviləsinə xitam verilə biləcək. Bu çox önəmlidir. Çünki bəzən sosial işçilər, məişət zorakılığı qurbanları ilə işləyənlərin fərdi məlumatlarının mediada və digər resurslarda yayılmasının şahidi olurduq".

"Qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq"

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov deyib ki, konvensiyada nəzərdə tutulan norma dəyişikliklər mütləq Əmək Məcəlləsində öz əksini tapmalıdır. Şöbə müdiri bildirib ki, hazırda baxılan layihə ilə bağlı təkliflərin əsasını onun beynəlxalq standartlara uyğunlaşması təşkil edir: "Bugünədək ödənişsiz atalıq məzuniyyətindən istifadə edən şəxsə rast gəlməmişik. Ancaq qanuna edilən dəyişiklik buna şərait yaradacaq".

"Azərbaycanda reallıqda orta aylıq əməkhaqqı qadınlara münasibətdə kişilərdən daha yüksəkdir"

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, birbaşa ayrı-seçkilik kişi və qadınlara münasibətdə onların eyni vəzifə funksiyasını yerinə yetirərkən maaşları arasında fərqli yanaşmanın olması anlamına gəlir: "Bu, bildiyim qədərilə Azərbaycanda mövcud deyil". Şöbə müdiri bildirib ki, Azərbaycanda reallıqda orta aylıq əməkhaqqı qadınlara münasibətdə kişilərdə daha yüksəkdir: "Bu, əslində dolayı ayrı-seçkilikdir".

"Dəyişiklik ailə institutuna dövlət səviyyəsində verilən yüksək dəyərdir"

Deputat Günay Ağamalı deyib ki, atalara uşağın doğulması ilə bağlı 14 günlük ödənişli məzuniyyət hüququnun verilməsi, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi istiqamətində atılan mühüm və strateji addımdır. O qeyd edib ki, bu dəyişiklik ailədaxili məsuliyyət bölgüsünün təşviqi, valideynlik institutunun gücləndirilməsi və uşağın erkən inkişafında atanın rolunun hüquqi müstəvidə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır: "Bu gün cəmiyyətimizdə ailə dəyərlərinin qorunması, sağlam ailə modelinin təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məhz bu kontekstdə atanın uşağın dünyaya gəlməsi prosesində fəal iştirakının təmin olunması ailədaxili münasibətlərin keyfiyyətinə, psixoloji mühitə və valideynlər arasında qarşılıqlı dəstəyin artmasına müsbət təsir göstərir. Ən vacib məqam ondan ibarətdir ki, bu dəyişikliklə ata artıq formal deyil, hüquqi baxımdan ailədə daha aktiv subyektə çevrilir. O, həyat yoldaşına dəstək olur, körpənin ilk günlərində ailənin yanında olur və bu, uşağın erkən emosional və sosial inkişafı üçün olduqca vacibdir". Deputat hesab edir ki, bu dəyişiklik ailə institutuna dövlət səviyyəsində verilən yüksək dəyərin, ata rolunun tərbiyə prosesində gücləndirilməsinə yönəlmiş müasir yanaşmanın bariz nümunəsidir: “Bu qanun layihəsini tam dəstəkləyir və hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan cəmiyyətində sağlam ailə münasibətlərinin formalaşmasına mühüm töhfə verəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2025 05:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri