Icma.az
close
up
RU
Sosial mediada şou əczaçılığı ilə məşğuldurlar

Sosial mediada şou əczaçılığı ilə məşğuldurlar

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Səhiyyə Nazirliyi isə heç bir araşdırma aparmır, kənarda durub baxır


Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.

Xüsusilə "Tiktok" sosial şəbəkəsi vasitəsilə həm canlı yayımlar açaraq, həm də videolar paylaşaraq vətəndaşlara dərman tövsiyəsi edən əczaçı səhifələrinin sayı kifayət qədərdir. Bəs əczaçıların xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görməsi nə dərəcədə doğrudur?

Elə bəzi satıcıların özləri də bildirirlər ki, əczaçılar həkim deyillər. Onlar xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görürlərsə, bu, ciddi tibbi və etik qayda pozuntusudur.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, hər kəsin bədəni və sağlamlıq vəziyyəti fərqlidir. Sosial şəbəkədə verilən tövsiyə onların vəziyyətinə uyğun olmaya bilər. Eyni zamanda yan təsirlərə və ya dərman qarşılıqlı təsirlərinə məruz qala bilərlər. Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən isə "Xəzər Xəbər"ə bildirilib ki, sosial şəbəkələrdə fərdi şəxslərin - hətta əczaçı olsalar belə - canlı yayım vasitəsilə dərman vasitələri tövsiyə etməsi və ya reklam etməsi qanunla qadağandır və yol verilən hal deyil.

"Dərman vasitələri yalnız həkim təyinatı əsasında istifadə olunmalıdır, özbaşına qəbuldan və sosial şəbəkələr vasitəsilə əldə edilən tövsiyələrdən çəkinmək lazımdır. Əgər reseptlə satılan dərmanlar bu şəkildə reklam edilirsə, o zaman həmin şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir", -deyə qurumdan bildirilib.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynzadə “Şərq”ə açıqlamasında qeyd edib ki, qanunvericiliyin tələblərinə zidd olan bu hal vətəndaşların sağlamlığını ciddi təhlükə altına atır: 

“Hamımız bilirik ki, dərman vasitələrinin reklamı və onların tibbi göstəriş olmadan təqdimatı qanunla qadağandır.

Əczaçıların sosial platformalarda reseptlə verilən preparatları tövsiyə etməsi insanlar arasında çaşqınlıq yaradır və özünü müalicə hallarını artırır.

Onların bu özbaşınalığı nəzarətsiz dərman istifadəsini təşviq edir, nəticədə isə istehlakçılar zəhərlənmə, allergik reaksiyalar və digər ağır fəsadlarla üzləşə bilər. Təəssüf ki, sosial mediada reytinq və izləyici sayı naminə bəzi əczaçılar tibbi məsləhət səlahiyyətlərini aşaraq, "şou əczaçılığı" ilə məşğuldurlar. Səhiyyə Nazirliyi isə heç bir araşdırma aparmır, kənarda durub baxır. 

Sosial şəbəkələrdə dərman təqdimatı ilə bağlı ciddi monitorinq aparılmalı, qanunsuz təbliğatla məşğul olan səhifələr bloklanmalı, əczaçılar isə inzibati məsuliyyətə cəlb edilməlidirlər. Əhalinin sağlamlığı kommersiya maraqlarına qurban verilməməlidir”.

AİB sədrinin sözlərinə görə, Azərbaycanda dərman sektoruna tələbat çox, nəzarət isə yoxdur: “Azərbaycan dərman tələbatına görə dünyada liderdir. 

Şəxsi müşahidələrimə əsasən, ölkəmizdəki apteklərin sayı bir çox inkişaf etmiş ölkələrlə müqayisədə azı 20 dəfə çoxdur. Məsələn, qardaş Türkiyədə şənbə və bazar günləri apteklər fəaliyyət göstərmir. Azərbaycanda isə apteklər demək olar ki, 24 saat açıq olur. Bu da göstərir ki, ölkədə əhalinin kimyəvi preparatlara aludəçiliyi, "kimyalaşma prosesi" böyük sürətlə gedir. Bunda da qeyri-peşəkar, özəl maraqlarla çalışan "ara həkimləri"nin böyük payı var. Təəssüf ki, Azərbaycanda dərman biznesi ilə məşğul olan şəxslər eyni zamanda Milli Məclisdə təmsil olunur və hökumətin səhiyyə siyasətinə də yön verirlər. Klinika sahiblərinin əksəriyyəti isə yüksək vəzifələrdə çalışan məmurlardır. Belə bir şəraitdə ictimai sağlamlığa xidmət edən siyasət gözləmək sadəlövhlük olardı.Əgər qərarvermə səlahiyyətim olsaydı, dövlət məmurlarının xarici ölkələrdə müalicə almasına qəti şəkildə icazə verməzdim. Onlar ölkə daxilindəki səhiyyə sisteminin səviyyəsini öz üzərlərində görməli və hiss etməlidirlər. Ən acınacaqlısı isə odur ki, Azərbaycanda müasir dərman istehsal zavodu mövcud olduğu halda, xaricdən dərman idxal edən müəyyən qruplar, “işbazlar” bu sahənin inkişafını əngəlləyirlər. Bu isə ölkədə yerli dərman sənayesinin böyüməsinə süni maneələr yaradır. Rəsmi açıqlamalara görə, 3000-dən çox dərman preparatının qiyməti guya dövlət tərəfindən tənzimlənir. Lakin reallıqda bu tənzimləmə istehlakçıların xeyrinə deyil. Məsələn, şəkərli diabet xəstələrinə təyin olunan “Qalvusmet” adlı dərman Filippində 35 manat, Türkiyədə 15 manat, bir sıra Avropa ölkələrində isə 30 manat civarındadır. Azərbaycanda isə həmin dərmanın qiyməti bu ölkələrlə müqayisədə dəfələrlə bahadır. Bu da qiymət tənzimlənməsi mexanizminin real deyil, formal xarakter daşıdığını göstərir”.


E.Hüseynovun sözlərinə görə, daha bir problem “alman aptekləri” kimi təqdim olunan müəssisələrdə müşahidə olunur. Belə apteklərdə qiymətləri dövlət tərəfindən tənzimlənən dərmanlar belə, çox baha satılır: 

“Qanunlara əməl etməmələrini isə guya yalnız orijinal dərman satdıqları ilə əsaslandırırlar. Digər apteklərdə satılan dərmanların “saxta” olduğunu iddia etməklə bu fərqi izah edirlər. Ancaq bu yanaşma da əsaslı və sübutlu deyil. Ölkədə dərman sektorunda ciddi islahatlara, real tənzimləməyə və ictimai nəzarətə böyük ehtiyac var. Əks halda, vətəndaşların sağlamlığı kommersiya maraqlarına qurban getməkdə davam edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2025 04:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see283

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see280

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see268

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see255

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see252

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see249

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see244

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see239

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see231

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see219

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see219

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see212

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see188

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see182

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see178

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see175

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see174

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see170

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see170

Qadın qiyafəsində qaçmağa çalışarkən tutuldu “80 nəfəri öldürmüşəm” Video

17 Sentyabr 2026 02:40see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri