Nigeriya Silahlı Qüvvələri ölkənin şimalşərqində 34 yaraqlını məhv edib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Nigeriya Silahlı Qüvvələrinin bölmələri ölkənin şimal-şərqində terrorçuların bazasını dağıdaraq 34 yaraqlını öldürüb.
"Report" xəbər verir ki, bu barədə "Leadership" qəzeti məlumat yayıb.
"Ümumilikdə 34 terrorçu məhv edilib, 23 avtomat müsadirə olunub. Çoxlu sayda sursat ələ keçirilib", - Nigeriya Ordusunun Baş Qərargahının ictimaiyyətlə əlaqələr xidmətinin direktoru general-mayor Edvard Buba deyib.
O, həmçinin əməliyyat zamanı altı hərbçinin həlak olduğunu bildirib.
Antiterror əməliyyatı Borno ştatında keçirilib. Hərbçilərə yerli özünümüdafiə dəstələrinin döyüşçüləri fəal dəstək göstəriblər.
Nigeriya ərazisində bir neçə terror qruplaşması fəaliyyət göstərir və onlardan ən böyüyü "Boko Haram"dır. 2023-cü ildə Nigeriya terror hücumlarının qurbanlarının sayına görə dünyada səkkizinci, Afrikada dördüncü yeri tutub. 2020-ci ildə terrorçular ölkədə 1,5 min nəfəri öldürüb, daha 1,5 min nəfər isə çoxsaylı cinayətkar qruplaşmaların üzvləri tərəfindən öldürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 08 Yanvar 2025 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















