Nikah bağlanarkən daha bir rəy də istənilə bilər VİDEO
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nikah zamanı tibbi arayışla yanaşı, narkoloji arayışın tələbi də zəruri olmalıdır. Çünki hazırda boşanmaların bir səbəbi də narkotik asılığıdır. Buna görə də, hazırda HİV, QİÇS kimi viruslarla bağlı məcburi müayinə kimi, şəxslərin narkotik asılığı da yoxlansın və belə arayış tələb olunsun. Bu, aildə sonradan yarana biləcək bir çox problemlərin qarşısını alar.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva “Xəzər Tv"yə müsahibəsində bildirib. O qeyd edib ki, testin cavabının həqiqəti əks etdirməsi üçün bu analizin bir deyil, bir neçə dəfə təkrarən verilməsi də zəruridir.
Milli Məclisin üzvü onu da bildirdi ki, bu arayış, məhz nikaha daxil olarkən, həmin müddətdə, şəxsin narkotik asılılığının olub-olmamasını aydınlaşdırmaq üçündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















