Nikahda bağışlanan əmlak kimin sayılır? Hüquqşünas açıqladı
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nikah dövründə ər və ya arvaddan birinə valideynləri və ya digər şəxslər tərəfindən əmlak bağışlana bilər. Belə hallarda həmin əmlakın ailənin ümumi mülkiyyəti, yoxsa yalnız bağışlanan şəxsin mülkiyyəti olması sual yaradır.
Nikah dövründə bağışlanan əmlakın hüquqi statusu necə müəyyən olunur və onun satışı zamanı həyat yoldaşının razılığı tələb edilirmi?
Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a açıqlamasında bildirib ki, mülki qanunvericiliyə əsasən, nikaha daxil olanadək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, eləcə də nikah dövründə onlardan birinin hədiyyə və ya vərəsəlik qaydasında əldə etdiyi əmlak həmin şəxsin ayrıca mülkiyyəti hesab olunur:
“Bu səbəbdən də belə əmlakın satılması, bağışla nması və ya digər formada özgəninkiləşdirilməsi zamanı digər həyat yoldaşının razılığının alınması, bir qayda olaraq, tələb edilmir. Lakin əmlakın ayrıca mülkiyyət hesab edilməsi üçün onun nikahdan əvvəl əldə edilməsi və ya nikah dövründə hədiyyə, yaxud vərəsəlik yolu ilə əldə olunması sənədlərlə təsdiqlənməlidir. Məsələn, əmlak vərəsəlik yolu ilə əldə edilibsə, bunu təsdiq edən vərəsəlik sənədləri, bağışlanıbsa, bağışlama müqaviləsi və digər müvafiq sənədlər əsas kimi təqdim oluna bilər”.
Hüquqşünas qeyd edib ki, eyni zamanda, əmlakın sonradan satılması və ya həmin vəsait hesabına başqa əmlak alınması kimi hallarda məsələnin hüquqi statusu ayrıca qiymətləndirilə bilər:
“Xüsusilə də nikah dövründə şəxsi əmlaka əhəmiyyətli birgə vəsait qoyulması həmin əmlakla bağlı mübahisələrin yaranmasına səbəb ola bilər. Buna görə də əmlakın əldə edilmə mənbəyinin və sonrakı maliyyə əməliyyatlarının sənədlərlə rəsmiləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Nikah dövründə əldə olunan hər əmlak avtomatik olaraq ər-arvadın ümumi mülkiyyəti sayılmır. Əmlakın hansı əsasla əldə edilməsi, bununla bağlı sənədlərin mövcudluğu və əmlakın sonrakı taleyi onun hüquqi rejiminin müəyyənləşdirilməsində əsas məsələlərdəndir”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qeyri rəsmi nikahda əmlak bölgüsü necə olur?
24 İyun 2025 23:37
Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? Hüquqşünas
02 May 2025 14:04
İllər əvvəl boşananlar əmlak bölgüsü üçün müraciət edə bilərmi? Hüquqşünas açıqladı
09 Fevral 2026 14:34
Hüquqşünas: 500 manatlıq ziyan belə cinayət sayılır
13 Avqust 2025 14:49
Vəkillərə silah veriləcək Hüquqşünas açıqladı
09 Sentyabr 2026 09:11
Baxış sayı:185
Bu xəbər 28 Avqust 2026 22:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları