Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

“Nikol Paşinyan onlara həqiqəti deyir, bir gün gücü çatsa...”

“Nikol Paşinyan onlara həqiqəti deyir, bir gün gücü çatsa...”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənilərin ədəbiyyatı çox qorxulu silahdır. Empatiya adı altında, ruhun canlandırılması kimi izah edərək, olmayan tabloları canlı-canlı, bir növ qanı tökülə -tökülə yazırlar. Nə görüb, nə şahidi olub, amma həyati savaşını bunun üzərində qurur. Səbəblərini anlamaq, tapmaq üçün elm, tədqiqat, araşdırmalara baxmaq lazımdır. Əks halda, mümkün olmayan izahlarla tarixin gözünə dik baxmaq olmur”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, Ermənilərdə vətən anlayışı həm də psixoloji - əziklik faktoru ilə izah edilir:

“Hindistandan – ABŞ-yə qədər erməni tapmaq mümkündür və onların hər biri özünü edam kötüyündən son anda xilas olunmuş axırıncı erməninin şəcərəsindən hesab etməsinin izahı da çox çətindir. Deyək ki, 1915-ci il olaylarına münasibətdə Osmanlı – türk nifrəti birləşdirici immunitetə çevrilib, axı XIX əsrdən ABŞ-də və ya ümumiyyətlə, Hindistandan kənara çıxmamış erməni icmasında türk nifrətinin səbəbi nədir? Ermənilərin düşüncəsində “Böyük Ermənistan” ideyası mühüm yer tutur. Buraya indiki Ermənistanla yanaşı, Türkiyənin şərqində yerləşən Van, Ərzurum, Bitlis, Muş və digər bölgələr də daxil edilir. Ermənilər bu əraziləri “əcdad torpaqları” hesab edir və xüsusilə 1915-ci il hadisələrindən sonra onları “itirilmiş vətən” kimi görürlər”.

Politoloq deyib ki, bu günlərdə Nikol Paşinyan seçki təşviqatı çərçivəsində əsl inqilab edir, erməni xalqının beyinini təmizləyir, onu məhvə aparan idealları söküb atır və bu radikal görünən addım çox böyük reaksiyaya, müqavimətə səbəb olur:

“Dünyanın ən ağıllı ermənisi, “Çevrilmə”nin real qəhrəmanı olmaq üzrədir. Erməniliyin mahiyyəti təkcə radikal, dağıdıcı enerji ilə ölçülə bilməz. Axı onu ölümə məhkum edən ideyanın, daşnakçılığın gətirdiyi itkiləri ondan imtina etməklə kompensasiya etmək olmazmı? Olmazmı ki, türk çəmbərində ona olan nifrətdən imtina edərək sağ qalasan? Erməni xalqı artmır, çünki doğulmur və törəmirlər. 30 il əvvəl 3 milyon olan xalqın o coğrafiyadakı hazırkı sayı 1.8-ə qədər azalıb. Bir müddət sonra – 2050-ci ilə qədər 1 milyon həddində sabitləşəcəyi gözlənilir. O necə ilahi vətəndir ki, özləri belə yaşamaq istəmir. O necə yaradıcı, qurucu xalqdır ki, bizim torpaqları işğal edəndən sonra bir ağac belə əkmədilər. Ağdamın, Füzulinin görüntüsü nə idi elə? Belə torpaq qazanmaq, sahib çıxmaq, idarə etmək olardı? Olmadı da. Çünki yad nəfəs olduqlarını özlərinin instinkti də duyurdu. Erməni xalqı hekayəsiz qala bilmir. Nikol Paşinyan onlara həqiqəti deyir, bir gün gücü çatsa, yalançı soyqırımı abidəsini söküb, Qafan dağlarında Dostluq Abidəsi ucaltsa, daha maraqlı olardı. Ermənistanda hazırda iki tarix, iki dünyagörüşü, elə əslində iki dünya döyüşür. Zavallı olanlar keçmişə, tərəqqi arzu edənlər gələcəyə baxacaq. Türklər bu coğrafiyanın əsl reallığıdır”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 May 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri