Nikolas Maduro ABŞ ni bununla ittiham etdi
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Venezuela Prezidenti Nikolas Maduro ABŞ-ni ölkəsinə qarşı hər gün psixoloji müharibə aparmaqda ittiham edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Maduro ABŞ-nin Karib bölgəsindəki hərbi fəallığını yaxından izlədiklərini bildirib.
ABŞ-nin ölkəsində “rejim dəyişikliyi” yaratmaq istədiyini iddia edən Maduro deyib: “Amerika imperalizmi bizi hər gün sözlərlə hədələyir, hər gün psixoloji müharibə aparılır. Oradan bir söz, buradan bir söz, gəmilər bir tərəfdən, raketlər bir tərəfdən...”
Maduro qeyd edib ki, ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün xalq və ordu maksimum dərəcədə birliyini qoruyur və onlar sakit, təmkinli şəkildə hərəkət edəcəklər.
O, “YouTube" hesabının hələ də bağlı olduğunu bildirərək, platformanın ona senzura tətbiq etdiyini deyib. “YouTube" komandasına “axmaq” adlandıran Maduro əlavə edib: “YouTube", sizin də sonunuz gələcək. Çünki Venesuelaya toxunan quruyur”.
Xatırladaq ki, Maduronun “YouTube" hesabı 22 sentyabrda, heç bir səbəb göstərilmədən bağlanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 24 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















